Gulunc Adamin Yuxusu Hekaye - Wikipedia
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir.
Gülünc adamın yuxusu | |
---|---|
Rusca: Сон смешного человека | |
Müəllif | Fyodor Dostoyevski |
Janr | Klassika |
Orijinalın dili | rus |
Orijinalın nəşr ili | 1877 |
Növ | hekayə |
Sonrakı | Karamazov qardaşları |
Məzmun
redaktəHekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır.
Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi. Qızın anasının başına nəsə iş gəldiyini anlayır və uşağa qorodovoyu çağırmağı tapşırır. Evə gəlir, yenə intihar düşüncələrinə dalır. Qızcığaza kömək etmədiyi ağlına gəldi. Adsız qəhrəman gördüyü yuxunu təsvir etməyə başlayır.
Yuxusunda silahı özünə tuşlayır və atəş açır. Birdən hər şey qararır və özünün dəfnini görür. Bir məxluqun onu fəzaya qalxdırdığını hiss edir, onu başqa bir planetə aparır. O planetdə də, çaylar, göllər, materiklər mövcud idi. Özünə qarşı nankorluq etdiyinin fərqinə varır. Yeni gülərüzlü insanlarla tanış olur. Onların xoşbəxtliklərinə heyran qalır. Orada da ölümün olduğunu bilir, amma xəstəliksiz, əzabsız ölüm idi. Amma adsız qəhrəman o dürüst, xoşbəxt insanları yoldan çıxarır.
Yuxudan oyanır və yaşamağın, həyatda olmağın necə gözəl bir hiss olduğunu dərk edir. Öz-özünə "başqalarını da özün kimi sev, vacib olan budur" deyir. Həmin 8 yaşlı qızcığazı da axtarıb tapır.
İstinadlar
redaktə- Fyodor Dostoyevski. Gülünc adamın yuxusu. Bakı: "Parlaq imzalar" nəşriyyatı. 2020.