Gulbeniz Ezimzade - Wikipedia
Gülbəniz Yusif qızı Əzimzadə (26 aprel 1947, Bakı – 7 dekabr 2006) — Azərbaycan kinorejissoru, rejissor assistenti, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980), Azərbaycanın əməkdar incəsənət xadimi (2000).[1]
Gülbəniz Əzimzadə | |
---|---|
Gülbəniz Yusif qızı Əzimzadə | |
Doğum tarixi | 26 aprel 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 2006 (59 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Yusif Əzimzadə |
Fəaliyyəti | kinorejissor |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1531028 |
Həyatı
redaktə1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra — 1963–1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969–1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974–1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. "Molodost-80", Kiyev şəhəri — priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz. G.Əzimzadənin ilk mühüm ekran işi R.İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Nəğmə dərsi" qısametrajlı bədii filmdir.
Anarın "Dantenin yubileyi" povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Onun "Təkcə adanı özünlə apara bilməzsə" adlı bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Rejissora böyük uğur qazandıran bu film 1980–1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. Bunlardan başqa, G.Əzimzadə "Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun "Müqəddəs oda yanaram" və "Ümid" adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.
Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də vəfat edib.
Mükafatlar
redaktə- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1980[2]
- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2000
- Gürcüstan Respublikasının Fəxri Fərmanı
Filmoqrafiya
redaktə- Nəsimi (film, 1973)
- Ömrün səhifələri (film, 1974)
- Beləliklə, biz başlayırıq (film, 1976)
- Dantenin yubileyi (film, 1978)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Qaladan tapılan mücrü (film, 1982)
- Ötən ilin son gecəsi (film, 1983)
- Avqust gələndə (film, 1984)
- İmtahan (film, 1987)
- Qətl günü (film, 1990)
- Müqəddəs oda yanaram (film, 1991)
- Ümid (film, 1995)
- Özgə vaxtın doğma anları (film, 2002)
- Həyatın duzu (film, 2003)
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.