Gunes Qezet - Wikipedia
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet.
Günəş | |
---|---|
Növ | ictimai-siyasi ədəbi qəzet |
Sahibi | Orucov qardaşları |
Təsisçi | Oruc Orucov |
Baş redaktor | Əhməd Kamal |
Yazıçılar |
Abdulla Şaiq Qafur Rəşad Mirzəzadə Abdulla bəy Divanbəyoğlu |
Yaranma tarixi | 20 yanvar 1910 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1911 |
Ünvan | Bakı |
Tarixi
redaktəİlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər[1].
Mövzusu
redaktə"Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı. Dövrün digər mətbuat orqanları kimi, "Günəş" də öz səhifələrində "Molla Nəsrəddin"lə bağlı hadisələri - jurnalın yayılmasını, nəşrinin müvəqqəti dayandırılmasını, yenidən nəşrə başlamasını və s. işıqlandırırdı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 130.
Mənbə
redaktə- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.113-114.