Gunesin Batdigi Yer Film 2012 - Wikipedia
Günəşin batdığı yer... | |
---|---|
Janr | sənədli film |
Rejissor | Elşən Zeynallı |
Ssenari müəllifi | Eldar İsgəndərzadə |
Baş rolda | Aybəniz Əhmədova |
Operator | Ramin Bəşirov |
İstehsalçı | "Televiziya Filmləri Studiyası" |
İlk baxış tarixi | 26 fevral 2012 |
Filmin növü | tammetrajlı bədii-sənədli televiziya filmi |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Məzmun
redaktəFilm erməni vəhşiliyi nəicəsində xüsusi amansızlıqla qətlə yetirilmiş 613 nəfərdən çox Xocalı sakininin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan və baş vermiş soyqırımından bəhs edir.
Film haqqında
redaktəFilm Bakı şəhərində və Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Bu qəsəbədə Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. 1500 nəfərdən çox əhalinin çəkildiyi kütləvi səhnələr torpaqlarımızın düşmən tapdağından azad olunacağına bəslənən inamın təzahürüdür.
Film hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın dəhşətli hekayəsinin fonunda təqdim edilir. Həmçinin, Xocalıdan qaçmağa məcbur edilmiş və bütün qırğınları öz gözləri ilə görmüş şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin Beynəlxalq konvensiyalara görə soyqırımı olmasını təsdiq edən faktlar, canlı xronika filmin əsas süjetini təşkil edur. Azərbaycanda indi də yaşamaqda olan erməni milliyətindən olan insanların xoşbəxt həyatına baxmayaraq azərbaycanlılara qarşı bədnam qonşularımızın törətdiyi vəhşiliklər əslində kimin kim olduğu barədə danlması mümkün olmayan həqiqəti ortaya qoyur. Ekran əsəri Xocalı soyqırımı haqqında faktları tam əks etdirməklə əslində əsl həqiqət haqqında toplu şəklində təqdim edilib. Film ingilis, rus, fars və erməni dillərinə tərcümə edilib və nümayiş etdirilib. Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Eldar İsgəndərzadə
- Rejissor: Elşən Zeynallı
- Operator: Ramin Bəşirov
- Səs operatoru: Tariyel Babayev
- Filmi səsləndirdi: Ceyhun Səfərov
- Redaktor: Azər Xəlilov
- Montajçı: Tariyel Firudinoğlu
- Filmin prodüseri: Röya Əliyeva
Filmdə çəkilənlər
redaktə- Elman Məmmədov — Xocalı sakini, MM-in deputatı.
- Seyidağa Mövsümlü — ilk hərbi operator
- Şamil Sabiroğlu — "Xocalı Soyqırımı Tanıtma İctimai Birliyi"nin sədri.
- Müşkünaz Əhmədova — Körpəsini əlləriylə boğmuş ana.
- Səttar müəllim — Xocalı sakini.
- Məlahət Hüseynova — Xocalı sakini.
- Kamil Hüseynov — Xocalı sakini.
- M. Abbasova — Xocalı sakini.
- N. Abbasova — Xocalı sakini.
- Yaşar Əliməmmədov — Xocalı sakini.
- Xəzangül Quliyeva — Xocalı sakini.
- Mehman Poladov — hərbi prokuror.
- Azərbaycanda yaşayan erməni qadınları — 2 nəfər;
Bədii səhnələrdə
redaktə- Aybəniz Əhmədova — Xocalı sakini rolunda.
- Ceyhun Səfərov — jurnalist
Xarici keçidlər
redaktə- Filmi izlə: [1] (az.); azəricə, rus. alt.; azərb., ingiliscə alt.