Gurcustan Ssr - Wikipedia
Gürcüstan Sovet Sosialist Respublikası (gürc. საქართველოს საბჭოთა სოციალისტური რესპუბლიკა) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 25 fevral 1921-ci ildə təşkil olunmuşdur. 1921-1936-cı illərdə rəsmi adı Gürcüstan Sosialist Sovet Respublikası idi. 25 fevral 1921-ci ildə yaradılmışdır. 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibində olmuşdur. Yeganə və hakim partiya Gürcüstan Kommunist Partiyasıdır. Gürcüstan Sovet Sosialist Respublikası Zaqafqaziyanın şimal-qərb hissəsində yerləşirdi. Qonşu respublikalar bunlar idi: şimalda RSFSR, şərqdə və cənub-şərqdə Azərbaycan Sovet Sosialist Respublikası, cənubda Ermənistan SSR. Respublikanın Türkiyə ilə həmsərhəd ərazisi də var idi 1990-cı il noyabrın 14-də Gürcüstan SSR Ali Soveti müstəqil Gürcüstan Demokratik Respublikasının bərpasına qədər keçid dövrü elan etdi və bununla əlaqədar olaraq respublikanın adını Gürcüstan Respublikası adlandırdı. 1991-ci il martın 31-də Gürcüstanın dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi və nəticədə 1991-ci il aprelin 9-da Zviad Qamsaxurdiyanın başçılıq etdiyi Gürcüstan Ali Soveti SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi. Lakin SSRİ-nin dağılmasına qədər Gürcüstan (Baltikyanı respublikalar istisna olmaqla, digər respublikalar kimi) beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınmadı və 1991-ci il dekabrın 26-dək Sovet İttifaqının tərkibində formal olaraq qaldı. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub. Gürcüstan Sovet Sosialist Respublikasının tərkibinə daxil idi:
- Abxaziya Muxtar Sovet Sosialist Respublikası
- Acarıstan Muxtar Sovet Sosialist Respublikası
- Cənubi Osetiya Muxtar Vilayəti
Tarixi dövlət | |||||
Gürcüstan Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
«პროლეტარებო ყველა ქვეყნისა, შეერთდით!» «Bütün ölkələrin proletarları birləşin!» |
|||||
Gürcüstan SSR-nin himni | |||||
|
|||||
Paytaxt | Tbilisi | ||||
Dilləri | gürcü dili, rus dili | ||||
Rəsmi dilləri | |||||
Valyuta | SSRİ rublu | ||||
İdarəetmə forması | sovet respublikası[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |