Gurcustan Vetendas Muharibesi - Wikipedia
Gürcüstan vətəndaş müharibəsi (gürc. საქართველოს სამოქალაქო ომი) — Cənubi Osetiya (1988-1992) və Abxaziya (1992-1993) bölgələrində etnik qruplar arasındakı qarşıdurmalardan başqa 1991-ci ilin Dekabr ayının 22-dən, 1993-cü ilin Dekabr ayının 31-ə qədər davam edən şiddətli hərbi zərbələrdən ibarət olan hərbi münaqişə.
Etnik Münaqişələr
redaktəEtnik azlıq separatçı hərəkatlərı başda Osetinlər və Abxazlar olmaqla 1990-cı illərin əvvəllərində yeni nizam içində tanınmağı tələb etdi. Yeni qazanılan milli imtiyazlarını müdafiə edən Gürcüstan, separatizmi zorla məhdudlaşdırmaq üçün hərbi təşəbbüslərlə cavab verdi. 1991-ci ilin Yanvar ayının 5-də Gürcüstanın Milli Gözətçiləri, Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə daxil oldu və şəhər içində döyüş baş verdi. Gürcüstan-Cənubi Osetiya münaqişələri, Qamsaxurdiya hökumətinin qarşılaşdığı ilk böyük böhran idi.
SSRİ-nin dağıldığı zaman, Amerika Birləşmiş Ştatları hökuməti (Franklin Delano Ruzvelt həmən ilin axırlarında Kreml ilə diplomatik əlaqələr qurmuşdur[1]) ölkənin 1933-cü ildəki sərhədlərini qanuni olaraq tanıyır. Çünki bu, Corc Herert Uoker Buş administrasiyası Baltik ölkələrinin SSRİ-dən ayrılmasını dəstəkləyirdi, amma Azərbaycan, Gürcüstan, Ermənistan habelə Qafqaz haqqında bitərəf idi və bunu SSRİ-nin daxili işləri olaraq hesab edirdi.[2]
Vətəndaş İğtişaşı
redaktəMüxalifətin Zviad Qamsaxurdiya hökuməti əleyhinə olan fəaliyyəti, 1991-ci ilin payız fəslində, sonradan şiddətli vuruşmalara çevrilən kəskin bir siyasi mübahisə yaratdı. 2 sentyabrda Tbilisidə reallaşan geniş bir müxalifət nümayişinin polis tərəfindən dağılmasının ardından bir neçə müxalif həbs olundu və müxalifət tərəfdarı qəzetlər bağlanıldı. Ölkədəki ən böyük hərbiləşmiş güc olan Gürcüstan Milli Gözətçiləri, Qamsaxurdiye tərəfdarı və Qamsaxurdiye əleyhdarı olaraq iki yerə parçalandı. Bir başqa güclü hərbiləşdirilmiş təşkilat olan Mxedriyoni, Yaba Ioseliyani tərəfindən idarə edilirdi. Bu təşkilat müxalifət tərəfdarı idi.
Rəsm-keçidlər və barrikada inşaatı sonrakı üç ayı qeyd etdi. 22 Sentyabrda Tbilisidə ilk ölüm hadisələri baş verdi. 24 Sentyabrda Tbilisidə fövqəladə hal elan edildi. Qamsaxurdiya əleyhdarı qruplar 4 oktyabrda Qamsaxurdiya tərəfdarlarına hücum etdi, prezidentin bir tərəfdarı öldürüldü. 1991-ci ilin Oktyabr ayının sonlarına doğru, müxalifətdəki Milli Demokrat Partiyası (MDP) Qiyorqi Çanturiya rəhbərliyindəki liderlərin çoxu həbs olunmuşdu. Müdafiə naziri Tengiz Kitovaninin silahlı tərəfdarları Tbilisinin xarici məhəllələrinə geri çəkildiklərində və 1991-ci ilin Dekabr ayına qədər müxalifətlə güc mübarizəsi yoğunlaştığında prezident Qamsaxurdiyanın böhranın sülh içində həlli üçün heç bir imkan qoymadığını iddia etdilər.
Çevriliş
redaktə1991-ci ilin Dekabr ayının 20-də, Kitovaninin əsgərləri, Qamsaxurdiyaya qarşı edilən son hücumunu başlatmaq üçün geri qayıtdı. Silahlı müxaliflər, "Mxedriyoni"-nin rəhbəri olan Yaba Ioseliyanini həbsdən çıxardılar və mərkəzi Tbilisidə barrikada qurdular. 22 dekabrda üsyançılar bir neçə rəsmi binanı zəbt etdilər və Qamsaxurdiya və tərəfdarları tərəfindən zəbt edilən parlament binasına hücum etdilər. Eyni zamanda, şəhərin çoxunu onsuz da zəbt edən üsyançılar, Tbilisidə və ətrafında Qamsaxurdiya tərəfdarı etirazları vəhşicəsinə basdırdılar. Xalqa atəş açıb bir neçə insanı öldürüb yaraladılar.
1992-ci ilin Yanvar ayının 6-da hökumətin digər üzvləri ilə birlikdə olan prezident Qamsaxurdiya, əvvəlcə Ermənistana və daha sonra Çeçenistana qaçaraq sonrakı 18 ay ərzində sürgündəki hökumətə rəhbərlik etdi.
Cənubi Osetiya və Abxaziya Müharibələri
redaktə1992-ci ilin Fevral ayında Cənubi Osetiyada Rusiyanın da qoşulduğu qarşıdurmalar daha da şiddətləndi. Vətəndaş müharibəsi, siyasi xaosu və Rusiya ilə qarşıdurmaları qarşısını almaq üçün prezident Eduard Şevardnadze danışıqlar təşkil etməyi qəbul etdi. 1992-ci ilin İyul ayının 14-də atəşkəs elan edildi və Rusiya, Gürcüstan və Cənubi Osetiya əsgərlərindən ibarət olan bir yoxlama komissiyası quruldu.
1992-ci ilin yay fəslində, müstəqillik tələbi olan başqa bir bölgə olan, Abxaziyada da qarşıdurmalar şiddətlənməyə başladı. 1992-ci ilin Avqust ayının 14-də Gürcüstan ordusu Abxaziyanı işğal etdi. 1993-cü ilin Sentyabr ayında isə dünyanın fərqli yerlərindən gələn könüllülərdən ibarət abxaz qüvvələri davam etdirdikləri müqavimət sonrasında 1993-cü ilin Sentyabr ayının 17-də Abxaziyanın paytaxtı Suxumini yenidən zəbt etdilər. Gürcüstan vətəndaş müharibəsi əsnasında və sonrasında yaşanan hadisələr ölkənin demoqrafik quruluşunu dəyişdirdi. Gürcüstan ordusu ilə birlikdə hərəkət edən və İosif Stalin dövründən bəri ərazidə yaşayan gürcülər, Gürcüstana geri dönmək məcburiyyətində qaldılar. Müharibə hər iki tərəfdə təxminən 20 min ölüm və təxminən 260 min məcburi köçkün yaratdı.[3]
Nəticəsi
redaktəÜç il davam edən vətəndaş müharibəsi Gürcüstana həm siyasi, həm maliyyə, həm də ictimai olaraq olduqca ağır və mənfi təsirləri oldu. 1995-ci ildə vəziyyət bir az daha düzəlmişdirsə də radikal "Zviadistlərin" terorizm və təxribat hərəkatlərı gərginliyin yüksəlməsinə səbəb oldu. Bu terorçular 1998-ci ilin Fevral ayında Eduard Şevardnadzeyə baş tutmayan sui-qəsd planlamışdılar.
2004-cü ilin Yanvar ayının 26-da edilən seçki ilə iqtidara gələn yeni prezidenti Mixeil Saakaşvilinin bu vəziyyəti düzəltmək və ictimai uzlaşmağı təmin etmək üçün etdiyi ilk işlərdən biri Zviad Qamsaxurdiya dövrü ilə üzləşmək və bu dövr sonrasında həbs olunanların həbsdən çıxarması oldu. Gürcüstan ilə ona bağlı Abxaziya və Cənubi Osetiya arasındakı gərginlik 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsinə səbəb oldu.
Həmçinin Bax
redaktəXarici Keçidlər
redaktə- 1991-1992 Çevrilişi Arxivləşdirilib 2010-12-28 at the Wayback Machine
- Cənubi Osetiya müharibəsi
- Gürcestan və Abxaziya. 1992-1993:Georgia and Abkhazia, 1992-1993: Datçaların Müharibəsi
- Abxaz müharibəsindəki hadisə tarixçəsi Arxivləşdirilib 2004-11-03 at the Wayback Machine
- 1998 qiyamı
- 1998 terrorist aktları
- Gürcü Döyüşcüsü - Ordu tarixi, quru, dəniz, hava qüvvələri, şəkillər
İstinadlar
redaktə- ↑ "Pretty Fat Turkey" Arxivləşdirilib 2013-07-21 at the Wayback Machine, TIME Jurnalı, 27 Noyabr, 1933
- ↑ America Abroad Arxivləşdirilib 2013-08-13 at the Wayback Machine, Time Jurnalı, 10 İyun, 1991
- ↑ "Programs - The Jamestown Foundation Volume 1, Issue 57" Arxivləşdirilib 2008-08-25 at the Wayback Machine. jamestown.org. 22 İyul, 2004. 2015-ci ilin İyun ayının 28-də alındı.