Gurcuvan - Wikipedia
Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[3]
Xanbulaq | |
---|---|
40°38′35″ şm. e. 48°21′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 742 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0619[1] |
Tarixi
redaktəDağətəyi ərazidədir.
Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər.
Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı[4].
İstinadlar
redaktə- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.338
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |