Guzgu Film 1997 - Wikipedia
Güzgü — 1997-ci ildə azərbaycanlı rejissor Cəfər Pənahinin çəkdiyi filmdir.
Güzgü | |
---|---|
fars. آینه | |
Janr | Dram |
Rejissor | Cəfər Pənahi |
Ssenari müəllifi | |
Baş rollarda |
Mina Məhəmmədxani, Aidə Məhəmmədxani, Kazım Müjdəhi, Nasir Ümumi |
Montajçı | Cəfər Pənahi |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1997 |
Müddət | 95 dəqiqə |
Ölkə | İran |
Dil | fars |
Rəng | rəngli |
Çəkiliş yeri | Tehran |
IMDb | ID0117056 |
Sujet xətti
redaktə1997-ci ildə çəkilmiş “Güzgü” filmində dərsdən çıxanda həmişə onu qarşılayan anasını gözləməyə səbiri çatmayan balaca məktəbli Minanın (Ayda Məmmədxani) sərgüzəştləri diqqət mərkəzinə gətirilir. Sonuncu rəfiqəsi də arxasınca gələn atasının avtomaşınına oturub getdikdən sonra, bir əli gipsdə olsa da, evlərinə təkbaşına yola düşməklə tərsliyini, müstəqilliyini, yaşından böyük görünmək istəyini ortaya qoyan Minanın səs-küylə şığıyıb keçən iri avtomaşınların təkərləri fonunda olduqca köməksiz görünməsi xırda adamı böyük şəhərlə qarşılaşdırır. İlk baxışdan inamlı görünən Minanın qara çadralı bir qadının ətəyindən tutaraq yolu keçməsi maneənin dəf olunması yolunda ilkin qələbəyə çevrilsə də, motosikldəki müəllimlə dostunun avtomobil qəzasına düşməsinin şahidinə çevrilməsi psixoloji gərginliyi artırır. Səhvən mindiyi növbəti avtobusda oğlu ilə münaqişəsindən gileylənən çarşablı qadının, ərlərin xəyanətini çözən qadınların söhbətini, İranla Cənubi Koreyanın söhbəti fonunda balaca Minanın kiminsə verdiyi pulu akkordeon çalıb oxuyan atasını dəfdə müşayiət edən balaca oğlana ötürməsi kimi uzun planda kameranın sevdiyi Aida Məmmədxaninin daxili monoloqunun bir an belə səngimədiyini təsdiqləyir.
Nəhayət ki, kameraya baxmaqla rejissorun iradını eşitməklə səbir kasası daşaraq oynamaqdan cana doyub yaylığını, əlinin gipsini çıxarıb, paltosunu soyunan Minanın evlərini özü tapmaq istədiyini birbaşa kinokameraya deməsi ilə ekran personajının, ifaçı Aidə Məmmədxaniyə çevrilməsi ilə kinolentin bitməsi, digər kameranın başqa rakursundan Cəfər Pənahi də daxil olmaqla çəkiliş qrupunun ekrana gəlişi filmin gedişatını dəyişir. Bu epizod bədii təxəyyüllə real həyatın sərhədlərini şəffaflaşdırmaqla saxtalıqla, gerçəklik güzgüsünü üzləşdirən rejissorun daxili azadlığını önə çəkir. Bundan sonra çarşablı qadının evdə münaqişəsinin olmadığını Aydaya bildirməsindən sonra bədii-oyun filminin estetikasının durdurulması, “dördüncü divar”ın dağılması ilə gerçək zaman-məkan parametrlərinin önə keçməsi, müəllifin sufi təbiətinə uyğun təəssürat üzərində qurulan, anilikdə yaranan impersionizmə meydan verilir[1].
Mükafatları
redaktəFinalda sərnişinlərinin, sürücünün iştirakı ilə qadın-kişi münasibətlərini arakəsmədən çözdükləri taksinin vicdanlı sürücünün evlərinə gətirib çıxardığı, böyük şəhərin qaydalarına müqavimətini bildirən balaca Minanın vasitəsi ilə güzgü tutulan Tehranın sosiodinamik mühitinin öz əksini karnaval estetikasında tapdığı bu film kinofestivallarda dəyərləndirilərək Lokarnoda “Qızıl bəbir”, İstanbulda “Qızıl lalə” mükafatlarına layiq görülür.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "Cəfər Pənahi Güzgü filmi". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.