Gedebey Kilsesi - Wikipedia
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir.[1] Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir.
Gədəbəy kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gədəbəy rayonu |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | VII-VIII əsrlər |
Vəziyyəti | qəzalı |
Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır.
Tarixi
redaktəMənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur.[2] G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür.[2] Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi[3] “sərbəst xaç”[4] tipli kilsələri ilə oxşarlıq təşkil edir.
G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.[2] Həmin dövrdə “sərbəst xaç” tipli kilsələr bütün Cənubi Qafqazda, o camlədən Qafqaz Albaniyası ərazisində geniş yayılmışdı.[5]
Memarlıq xüsusiyyətləri
redaktəKilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya (8.8 x 7.1 m[6]) malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır.[6]
Kilsə şərq və cənub qollarında yerləşən iki cüt pəncərə vasitəsiylə işıqlandırılır. Həmçinin günbəzin barabanında da iki cüt pəncərə yerləşir. Kilsənin daxili həcminin həllində sərt formalara üstünlük verilmidir. Dekor demək olar ki, yoxdur.[6]
Günbəzaltı kvadratın küncləri düzbucaqlı bölmə profili ilə kəsilib və həll edilib. Barabanı saxlayan ikiqat tağlar yüksək mərkəzi hissədən alçaq yan hissələrə tədricən keçid yaradır. Tağların impostları sadə və hamar kapitellərə malik daşıyıcı kürəklərə söykənir. Kvadrat təməldən baraban dairəsinə keçid yelkənlər vasitəsiylə həyata keçirimişdir.[2]
Bina müxtəlif ölçülü bazalt daşları və əhəng məhlulundan hörülmüşdür. Binanın fasadının bəzi yerlərində divar suvağı qalmışdır. Divarların qalınlığı 95 – 120 sm arasında dəyişir.[6]
İstinadlar
redaktə- ↑ Мамедова, Г. Г. Христианское культовое зодчество Кавказской Албании эпохи раннего средневековья. Баку: Элм. 1985. səh. 15. (#accessdate_missing_url)
- ↑ 1 2 3 4 Мамедова, 2004. səh. 79
- ↑ Чубинашвили, Г. Архитектура Кахетии. Тбилиси: Изд. АН Груз. ССР. 436–437, 405–411.
- ↑ Орбели, И. А. Албанские рельефы и бронзовые котлы (Избранные труды). Tреван: Изв. АН Арм. ССР. 1963. 1–5.
- ↑ Мамедова, 2004. səh. 77
- ↑ 1 2 3 4 Мамедова, 2004. səh. 78
Ədəbiyyat
redaktə- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985