Geleceyin Soku - Wikipedia
"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab[2]; beynəlxalq bestseller.
Gələcəyin şoku | |
---|---|
ing. Future Shock | |
Müəllif | Alvin Toffler |
Orijinalın dili | İngiliscə |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | 1970[1] |
Nəşr | 1970 |
ISBN | ISBN 0-394-42586-3 |
Tarixi
redaktəKitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır.[3][4][5][6]
"Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir.[2]
Mövzusu
redaktəAlvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir.[7] İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var.[7] Alvin Toffler qeyd edir ki,
"İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik".[7]
Uzaqgörənliklər
redaktəTofflerin kitabında qeyd etdiyi sürətin artacağı, homoseksual evliliklərin gündəmə gələcəyi və ətraf fəlakətlərinin çoxalacağı kimi başqa uzaqgörənlikləri doğru çıxmışdır.[8]
"Gələcək 40 il üçün 40 təxmin"
redaktəMüəllif kitabının nəşr olunmasının 40-cı ildönümü münasibətilə 40 il sonra dünyanın gələcəkdə necə olacağı haqqında fikirlərini bildirmişdir.[8] Onun fikirləri ABŞ-nin paytaxtı Vaşinqtonda təşkil edilən konfransda açıqlanan "Gələcək 40 il üçün 40 təxmin" adlı hesabatda dərc olunmuşdur.[8]
Təkrar nəşrləri
redaktəKitab bir neçə dəfə təkrarən nəşr edilmişdir:
- ISBN 0-394-42586-3 (cildli, "Random House", 1970)
- ISBN 0-8488-0645-X (cildli, "Amereon Ltd", 1970)
- ISBN 0-553-20626-5 (kütləvi satış üçün cildsiz, 1981)
- ISBN 0-553-27737-5 (kütləvi satış üçün cildsiz, 1984)
- ISBN 0-553-24649-6 (cildsiz, 1984)
- ISBN 5-553-85765-1 (kütləvi satış üçün cildsiz, 1991)
- ISBN 0-8085-0152-6 (kitabxanalar üçün cildsiz, 1999)
Satışı və tərcüməsi
redaktəKitab 6 milyon nüsxədən çox satılmışdır. Əsər dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.[2]
Film
redaktəKitab əsasında Orson Uells tərəfindən səsləndirilən eyniadlı sənədli film 1972-ci ildə ekrana çıxmışdır.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://nyti.ms/296o2X9.
- ↑ 1 2 3 GƏLƏCƏYİN ŞOKU! A. TOFFLER, X. TOFFLER ("Gələcəkdə təhsil" fəslinin Azərbaycan dilində tərcüməsi). "Kurikulum" jurnalı, 2013, № 1, səh. 139. (az.)
- ↑ Toffler, Alvin, "The Future as a Way of Life", Horizon magazine, Summer 1965, Vol VII, Num 3
- ↑ "Horizon magazine: master index"". 2012-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.
- ↑ Eisenhart, Mary, "Alvin And Heidi Toffler: Surfing The Third Wave: On Life And Work In The Information Age" Arxivləşdirilib 2021-02-02 at the Wayback Machine, MicroTimes #118, January 3, 1994
- ↑ "Alvin Toffler: still shocking after all these years: New Scientist meets the controversial futurologist" Arxivləşdirilib 2009-02-10 at the Wayback Machine, New Scientist, 19 March 1994, pp. 22–25. "What led you to write Future Shock? — While covering Congress, it occurred to us that big technological and social changes were occurring in the United States, but that the political system seemed totally blind to their existence. Between 1955 and 1960, the birth control pill was introduced, television became universalized, commercial jet travel came into being and a whole raft of other technological events occurred. Having spent several years watching the political process, we came away feeling that 99 per cent of what politicians do is keep systems running that were laid in place by previous generations of politicians. Our ideas came together in 1965 in an article called 'The future as a way of life', which argued that change was going to accelerate and that the speed of change could induce disorientation in lots of people. We coined the phrase 'future shock' as an analogy to the concept of culture shock. With future shock you stay in one place but your own culture changes so rapidly that it has the same disorienting effect as going to another culture"
- ↑ 1 2 3 Mayis Güləliyev. "Gözün aydın" Amerika! Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine faktxeber.com, 14.05.2009 (az.)
- ↑ 1 2 3 Xəyal Şükür. 40 İL SONRA DÜNYADA NƏLƏR BAŞ VERƏCƏK? [ölü keçid] faktxeber.com (az.)
- ↑ "Gələcəyin şoku" filmi — Internet Movie Database saytında