Gemide Film - Wikipedia
Gəmidə – Serdar Akarın rejissorluğu və ssenaristliyini etdiyi 1998-ci il Türkiyə istehsalı filmdir. Filmin prodüserlərindən olan Önder Çakar həm də filmin ssenaristlərindən olmuşdur. Filmin musiqilərinin bəstələri Uğur Yücel tərəfindən edilib. Film "Laləlidə bir Əzizə" filmi ilə çarpaz süjet xəttinə malikdir.
Gəmidə | |
---|---|
Gemide | |
| |
Rejissor | Serdar Akar |
Prodüserlər |
Sevil Demirci Önder Çakar |
Ssenari müəllifləri |
Serdar Akar Önder Çakar |
Baş rollarda |
Erkan Can Haldun Boysan Yıldıray Şahinler Naci Taşdöğen |
Operator | Mehmet Aksın |
Bəstəkar | Uğur Yücel |
İlk baxış tarixi | 4 dekabr 1998 |
Müddət | 102 dəq.[1] |
Ölkə | Türkiyə |
Dil | Türkcə |
Sonrakı film | Laləlidə bir Əzizə |
Rəng | rəngli |
IMDb | ID0200654 |
Bir çox tənqidçi tərəfindən kult statusu alan film 90-cı illərin ən yaxşı türk filmlərindən biri hesab edilir. Xüsusilə filmdəki orijinal ssenari və dialoqlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.[2][3]
Məzmun
redaktə4 nəfərlik gəmi heyətindən olan boksyor gəminin stabil vəziyyətdə dayandığı zaman yemək almaq üçün Fateh rayonunun səmtlərindən olan Laləliyə gedər, lakin verilən pul ondan oğurlanar. Nəşə və alkoqolun təsirində olan gəminin kapitanı və digər üzvləri pulları qaytarmaq üçün Laləliyə gedir və boksyorun pullarını oğurladığını iddia etdiyi bir qrup adama hücum edirlər. Gəmi heyəti pulları geri qaytarar və həmin adamların içərisində olan Rumın bir qızı qaçırarlar. Gəmiyə qayıdıldığı zaman heyətin başı nəşənin təsirindən dumanlı olduğundan olan olayları heç kim normal xatırlamaz. Kapitan qızın geri qaytarılmasını istəyər, lakin boksyor və Ali qadına təcavüz edərlər. Bundan sonra olaylar bir-birinə qarışar və düşünülməz bir hal alar.
Rollarda
redaktə- Erkan Can – Kapitan
- Haldun Boysan – Kamil
- Yıldıray Şahinler – Ali
- Naci Taşdöğen – Boksyor
- Ella Manea – Bakirə fahişə
- Güven Kıraç
- Cengiz Küçükayvaz
- İştar Gökseven
Mükafatlar
redaktə"Gəmidə" Türkiyədəki bir sıra nüfuzlu film festivallarında baş mükafatların sahibi oldu. Film həmçinin müxtəlif xarici festivallarda nümayiş etdirildi və böyük maraqla qarşılandı. Film 1999-cu ildəki Kann kinofestivalında Beynəlxalq tənqidçilər həftəsində (Semaine de la Critique) seçilmiş filmlər siyahısına daxil edildi.[4] "Gəmidə" bu siyahıya daxil olan nadir Türk filmlərindən biriydi.
Mükafat | Kateqoriya | Qalib/Nominant | Nəticə |
---|---|---|---|
35-ci Antalya Qızıl Portağal Kinofestivalı | Ən yaxşı film | Önder Çakar | Namizəd |
Ən yaxşı aktyor | Erkan Can | Qazandı | |
Ən yaxşı rejissor | Serdar Akar | Qazandı | |
Ən yaxşı montaj | Nevzat Dişiaçık | Qazandı | |
11-ci Ankara Beynəlxalq Film Festivalı | Ən yaxşı aktyor | Erkan Can | Qazandı |
Ən yaxşı ikinci plan aktyor | Haldun Boysan | Qazandı | |
Ümid verən yeni rejissor | Serdar Akar | Qazandı | |
Ümid verən yeni ssenarist | Qazandı | ||
Münsiflər heyətinin Xüsusi Mükafatı | Qazandı | ||
Kerala Beynəlxalq Film Festivalı | Ən yaxşı film | Serdar Akar | Namizəd |
İstinadlar
redaktə- ↑ Gemide Arxivləşdirilib 2021-08-08 at the Wayback Machine, TSA.
- ↑ "Gemide filminden ilginç detay, 21 yıl sonra ortaya çıktı". birgun.net. 16 dekabr 2019. 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2020.
- ↑ "Kült film "Gemide" için bilinmeyen gerçek!". bolgegundem.com. 16 dekabr 2019. İstifadə tarixi: 8 yanvar 2020.
- ↑ "Archives de la Semaine de la Critique". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.