Gence Dovlet Kukla Teatri - Wikipedia
Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır.[1]
Gəncə Dövlət Kukla Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Teatrın tipi | Kukla teatrı |
Əsası qoyulub | 18 sentyabr 1986 |
Teatr binası | |
Memarlıq üslubu | Eklektika |
Tikilib | 1902 |
Heyət | |
Direktor | Fərmail Paşayev |
Yerləşməsi | |
40°40′14″ şm. e. 46°21′39″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Azərbaycan, Gəncə şəhəri |
Ünvan | Əhməd Cəmil küçəsi, 105 |
Telefon | (022) 267-16-10 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəGəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.[1][2]
Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir.[3]
Teatr binası
redaktəBina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur.
Ümumi sahəsi 650 m2-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilir.[2]
Gəncə Dövlət Kukla Teatrnın yaradıcı heyət
redaktəRejissorlar
- Şamil Məmmədli — quruluşçu rejissor
Rəssamlar
- Əntiqə Bədirova — baş rəssam
- Sara Məmmədova — quruluşçu rəssam
Əməkdar artist
Aktyorlar
İstinadlar
redaktə- ↑ 1 2 ganja.az. "Gəncə Dövlət Kukla Teatrı" (az.). 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
- ↑ 1 2 ganja.mctgov.az. "Gəncə Dövlət Kukla Teatrı" (az.). 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
- ↑ portal.azertag.az. "Gəncə Dövlət Kukla Teatrı" (az.). 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.