Gence Kisi Gimnaziyasi - Wikipedia
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir.
Kişi gimnaziyası | |
---|---|
Yelizavetpol kişi gimnaziyası | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Mirzə Abbas Abbaszadə küçəsi, 60 |
Aidiyyatı | Azərbaycan Dövlət Aqrar Universiteti |
Tikilmə tarixi | XIX əsr |
Material | kərpic |
İstinad nöm. | 3838 |
Kateqoriya | bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Tarixi
redaktəGimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir.[1]
Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı.[2]
1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır.
Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.
Gimnaziyanın direktorları
redaktə- Cavad bəy Rəfibəyli (1919 il okt. 1 —)
Gimnaziyanın müəllimləri
redaktə- Məhəmməd Pişnamazzadə
- Mirzə Məhəmməd Axundzadə
- Leu Urbanoviç Daşkeviç — fransız dili müəllimi, AXC höküməti tərəfindən 31 Mart soyqırımını araşdırmaq üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan tədqiqatçı və fotoqraf.
- Cavad bəy Rəfibəyli (1916—1918) — latın dili müəllimi.
Gimnaziyanı bitirənlər
redaktə- Fətəli Xan Xoyski
- Nəsib bəy Yusifbəyli (—1902)
- Xəlil bəy Xasməmmədov (—1895)
- Xudadat bəy Rəfibəyli
- Həsən bəy Ağayev
- Aslan bəy Səfikürdski (—1901)
- Mahmud bəy Səfikürdski (1915—1919)
- Heybət bəy Haqverdiyev
- Mikayıl bəy İsrafilbəyov
- Mirzə Məhəmməd Axundzadə
- Teymur xan Xoyski
- Həmid bəy Yusifbəyli (—1895)
- İsmayıl xan Ziyadxanov
- Şahverdi xan Ziyadxanov
- Xosrov bəy Sultanov
- Paşa bəy Sultanov (1887)
- Cavad bəy Rəfibəyli (1898—1908)
- Musa bəy Rəfiyev
- Məşədi Əli Rəfiyev
- Firudin bəy Şamxorski
- Cahangir Nağıyev (—1919)
- Qəhrəman Qaraqaşlı (1918)
- Əli bəy Verdiyev
- Mikayıl Rəfili
- Süleyman bəy İsrafilbəyov (1861—1867)
- Məmməd bəy Əliyev
- Yusif bəy Xanbudaqov
- Şəfi bəy Rüstəmbəyli
- Surxay bəy Şahsuvarov (—1913)
- Əhməd Cəfəroğlu (1909—1916)
- Teymur bəy Xələfov
- Əlirza Atayev
- Vasili Dmitriyeviç Karqatleteli
- Abdulla Rəhimzadə
- Mir Hidayət bəy Seyidov (—1906)
- Əsəd bəy Əmirov[3]
- Rüstəm bəy Mirzəyev
- Astan bəy Mirzəyev
- Məmmədrəşid Bosnalızadə
- Hüseyn Nağıyev 1908-ci il sentyabrın 1-də Gəncə klassik kişi gimnaziyasına daxil olmuş və 1917-ci il may ayının 1 bitirib.[4]
- Səlim bəy Ağasıbəyli
- Yusif bəy Ağasıbəyli (Ağasibəyov, 1910—1917)
- Əlirza Atayev (1917)
- Cahangir Ağayev
- Ələkbər Adgözəlov
- Qəhrəman Adgözəlov
- Şövkət Əliyev
- Mirzə Hacıyev
- Nəsib İsmayılov [5]
- Əhəd Hacı Murtuza oğlu Səfərov (1895—1968)
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Назарли А. Э. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.). «Nurlan». Под ред. Т. А. Мусаевой. 2008. 224.
İstinadlar
redaktə- ↑ "История факультета агробизнеса и управления" (az.). Официальный сайт Азербайджанского государственного аграрного университета. 2016-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-22.
- ↑ История Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1960. — Т. II.
- ↑ * Prof Seyidov Əhməd Fikrət oğlu."Qori Seminariyası və onun məzunları" Maarif nəşriyat Bakı 1988
- ↑ [1]
- ↑ "Arxivlənmiş surət". 2014-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.