Gence Paxlavasi - Wikipedia
Gence Paxlavasi - Wikipedia - Haqqında Məlumat
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Gəncə paxlavası — Azərbaycanın qədim şirniyyat növüdür.
Azərbaycan Milli Mətbəxi
Vikikitabda Resept:Gəncə paxlavası mövzusuna dair mətn var.
Lazım olan ərzaqlar
redaktəXəmir
redaktə200qr yağ 200qr xama 2 yumurta 0,5 S/t su 950qr un 1qr duz
İçlik
redaktə- 1kq qoz
- 0,5kq badamləpəsi(qaynar suda isladilaraq soyulmuş halda)
- 1,3kq şəkər tozu
- 10qr əzilmiş hil-müxək
Üzərinə tökmək üçün
redaktə- 500qr ərinmiş kərə yağı
Şərbət
redaktə- 1s/t su
- 0,5s/t
- 2s/t şəkər tozu
- 10qr zəfəran.
Hazırlanma qaydası
redaktəHazırlanmış xəmirdən 12–13 kündə (4-ü böyük olmaqla) ayrılaraq yayılır. Dibi yaxşıca şit yağla yağlanıb üzərinə 2 qalın yuxa salındıqdan sonra içlik əlavə edilir. Hər nazik qatdan bir çoxlu içlik səpilir. Bu axıradək davam etdirilir. Sonda 2 qalın fətir salınır, 5–10 dəqiqədən sonra rom şəklində doğranılır. Üzəri dəmlənmiş xüsusi paxlava rəngi və yumurta sarısının qatışığı ilə rənglənib qoz və badam ləpəsi ilə bəzədilir. Qaynar közdə yaxud isti sobada 30–40 dəqiqəyə bişir. Sobaya qoyduqdan 15–20 dəqiqə sonra ərinmiş yağ qaşıqla aralarına tökülür. Tam bişdikdə üzərinə qaynar şərbət tökülərək 1–2 dəqiqə sonra sobadan çıxarılır.