Gencler Ve Idman Nazirliyi Azerbaycan - Wikipedia
Gencler Ve Idman Nazirliyi Azerbaycan - Wikipedia - Haqqında Məlumat
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı.
Gənclər və İdman Nazirliyi | |
---|---|
(GİN) | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 30 yanvar 2006 |
Əvvəlki qurum | Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Olimpiya küçəsi 4, AZ1072 |
Rəhbərlik | |
Nazir | Fərid Qayıbov |
Aparat rəhbəri | Amil Xudiyev |
Nazir müavinləri |
İndira Hacıyeva Mariana Vasilyeva-Toteva Fərhad Hacıyev |
|
|
Rəsmi saytı | mys.gov.az |
Tarixi
redaktəMüstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.[1]
Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.[2]
Strukturu
redaktə- Gənclərlə iş şöbəsi
- İdman şöbəsi
- İnsan resurslarının idarə edilməsi şöbəsi
- İctimaiyyətlə əlaqələr şöbəsi
- İqtisadiyyat şöbəsi
- Maddi-texniki təchizat şöbəsi
- Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsi
- İnformasiya texnologiyaları şöbəsi
- Beynəlxalq əlaqələr sektoru
- Hüquqi təminat sektoru
- Satınalmalar sektoru
- Daxili nəzarət və audit sektoru [3]
Beynəlxalq əlaqələri
redaktə- Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əlavə protokol-1997 may 05 (Ankara)
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikası Mədəniyyət, İdman və Turizm Nazirliyi (idman və turizm bölməsi) arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu-1996 aprel 10(İslamabad)
- Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş-1996 sentyabr 16 (Bakı)
- Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 fevral 18 (Bakı)
- Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında idman və gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 iyun 18 (Daşkənd)
Qurumlar
redaktə- Olimpiya İdman Kompleksləri
- Gənclər evləri və mərkəzləri
- İdman qurğuları
- Digər qurumlar[4]
İstinadlar
redaktə- ↑ "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2023-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.
- ↑ mys.gov.az https://mys.gov.az/ (#bare_url_missing_title). 2023-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.
- ↑ "Nazirliyin strukturu". mys.gov.az. 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.
- ↑ "Nazirliyin qurumları". mys.gov.az. 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.
Xarici keçidlər
redaktə- Rəsmi sayti Arxivləşdirilib 2015-03-14 at the Wayback Machine