Gerede - Wikipedia
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi.
Gərədə | |
---|---|
40°48′02″ şm. e. 32°11′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | təq. 1.300 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
gerede-bld.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir.
Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Şimaldakı dağlıq sahənin 1600-1900 metr yüksəkliklərində, Cənubdakı dağlıq sahənin 1700-2200 metr yüksəkliklərində düz lentlər halında Gərədə yaylaları iştirak etməkdədir.
Gərədə, beynəlxalq xizək qaçış, velosiped və kross yarışmaları üçün çox uyğun meşə içi idman sahələrinə malikdir.
Dünyanın beynəlxalq bir quru yoluna ən yaxın xizək mərkəzi Gərədədədir. Arkut dağında 5 km uzunluğunda və 1 km uzunluğunda FIS (Beynəlxalq Xizək Federasiyası) tərəfindən homogolasyonu edilmiş 2 ədəd xizəkli qaçış yeri mövcuddur.
Hər il Mart ayı içərisində Türkiyə Xizək Federasiyası tərəfindən təşkil edilən bir çox ölkənin qatıldığı yarışmalar təşkil edilməkdədir. Ayrıca, 10, 15, 20, 25, 30, 35 və 40 km uzunluqlarında xizəkli qaçış pistleri qış aylarında açıq saxlanılmaqda və xizəkli qaçış tutqunlarının xidmətinə təqdim edilməkdədir.
Mədəniyyət və turizm
redaktəAsar Qalası, Keçi Qalası qalıqları, Kilsəli Xan deyə bilinən tarixi Tacir Xanı, Yuxarı Təkkə Məscidi, Aşağı Təkkə Məscidi və Türbəsi, İldırım Beyazıt Məscidi,
Hacı Əmin Əfəndi Məscidi Esentepedəki Ramazan Baba Türbəsi gəzilib görülə biləcək tarixi əsərlər və yerlərdir.
Dosya:Gerede afşar tarakçi yaylasi.JPG
Hər il İyul ayı içində Əsəntəpədə ənənəvi "Əsəntəpə Yağlı Güləşləri" edilər. Şəhərin şimalında Əsəntəpə, Arkut Dağlarında yaylalar başlıca məsirəlik sahələrdir. Xüsusilə Gərədə yaylaları, yayla turizminə çox uyğundur. Gərədənin şimalında isə 1600-1900 metr yüksəkliklərdə olan yaylalardan ən əhəmiyyətliləri Orumşah (Rumşah), Hacı Vəli, Sevillər yaylalarıdır.
Cənubunda isə 1700-2200 metr yüksəkliklərdə olan Haşat və Zorpan kimi yaylalarıdır. Gərədədə Gərədə Gölü, Quru Göl və Qapaqlı Gölləri olmaq üzrə 3 ədəd krater göl var. Gərədə hövzəsindəki əhəmiyyətli axar sular, Xalqı Dərəsi, Markuşa Çayı, Yənəcik Çayı, Kösrəli Dərəsidir. Xalqı, cənub-qərbdəki Koroğlu dağlarından enib yan qollarla və şəhərin içindən keçən Dayıoğlu dərəsiylə birləşərək Gərədədə Gərədə Çayı adını alar. Bolu sərhədləri xaricində Karabükdə Filyos Çayına birləşər.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Gerede saytı Arxivləşdirilib 2014-05-17 at the Wayback Machine