Germetuk - Wikipedia
Gərmətük — Azərbaycan Respublikasının Lənkəran rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Lənkəran çayının sahilində, Lənkəran ovalığındadır. Oykonim yerli əhali tərəfindən Qamətük şəklində tələffüz edilir. Yaşayış məntəqəsinin adı talış dilindəki «qam» (isti) və «tük» (bicarlıq, çəltik əkilən yer) sözlərindən düzəlib (burada -ə bitişdirici saitdir), "isti yerdə çəltik sahəsi" deməkdir.[2]
Gərmətük | |
---|---|
38°42′54″ şm. e. 48°49′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 8800 (2013) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4214[1] |
Tarixi
redaktə25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Gərmətük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |