G2 Esports - Wikipedia
G2 Esports və ya qısaca G2 – Almaniya kiberidman klubu. 2014-cü ildə yaradılmış klub Berlin şəhərində məskunlaşmışdır.[1]
İdman | kiberidman |
---|---|
Yaranma tarixi | 24 fevral 2014 |
Region | Almaniya |
Rənglər | qırmızı-qara-ağ |
Bölmələr | League of Legends, Valorant, Apex Legends, Counter-Strike 2, Fortnite, Rocket League, Rainbow Six Siege |
Sayt | Rəsmi saytı |
Klubun "League of Legends" komandası Avropanın ən yüksək liqası olan League of Legends EMEA Çempionatında (LEC) çıxış edir və 13 dəfə liqanı qazanmışdır. "G2" 2019-cu ildə Mövsüm Ortası Turnirinin qalibi olaraq bunu bacaran ilk və yeganə Qərb komandası olmuşdur. "League of Legends" komandası ilə yanaşı klubun "Valorant", "Fortnite", "Apex Legends", "Counter-Strike 2", "Fortnite", "Rocket League", "Rainbow Six Siege" komandaları fəaliyyət göstərir.
Tarixi
redaktəKlub 24 fevral 2014-cü ildə keçmiş oyunçu Karlos "ocelote" Rodriges Santyaqo[2] and investisiyaçı Cens Hilgers tərəfindən "Gamers2" adı ilə qurulmuşdur. 15 oktyabr 2015-ci ildə adı dəydirilərək "G2 Esports" olmuşdur. Rodriges 23 sentyabr 2022-ci ildə klubdan ayrılmışdır.[3]
League of Legends
redaktəKlubun "League of Legends" komandası 2014-cü ildə yaradılsa da,[4][5] ilk ciddi uğurunu 2016-cı ildə qazanmışdır.[6] Həmin mövsümün yaz splitində finalda "Fnatic" komandasına qalib gələrək ilk dəfə LEC çempionu olmuşdur. Komanda 2016 Mövsüm Ortası Turnirinə qatılmaq haqqı qazansa da, 10 oyunun 8-ni uduzmuş və turnirdən kənarlaşmışdır.
"G2" 2018-ci ildə baş tutmuş dünya çempionatında uğurla çıxış edərək yarımfinala qədər irəliləmiş, sonda "Invictus Gaming" komandasına məğlub olmuşdur.[7] 2019-cu ildə komanda orta koridora "Fnatic" komandasında çıxış edən Caps-ı transfer etmişdir.[8] Komanda həmin mövsümün yaz splitində "Origen" komandasına 3–0 hesabı ilə qalib gələrək növbəti LEC çempionluğunu əldə etmişdir.[9] 2019 Mövsüm Ortası Turnirinin finalında "Team Liquid" komandasına 3–0 hesabı ilə qalib gələrək turnirdə qalib gələn ilk Avropa komandası olmuşdur.[10][11] 2019-cu ilin yay splitində finalda "Fnatic" komandasını 3–2 hesabı ilə məğlub edərək 6-cı LEC çempionluğunu əldə etmişdir.[12][13] Dünya çempionatında finala qədər irəliləsə də, "FunPlus Phoenix" komandasına 0–3 uduzmuşdur.[14]
2020-ci ildə "G2 Esports" həm yaz, həm də yay splitində finalda "Fnatic" komandasını məğlub edərək iki dəfə LEC çempionu olmuşdur.[15] Dünya çempionatında isə yarımfinalda mübarizəni dayandırmışdır. 2021-ci ildə komandaya Rekkles qoşulsa da,[16] komanda həmin mövsüm uğursuz çıxış edərək ilk dəfə dünya çempionatına qatıla bilməmişdir.[17] 2022 LEC mövsümünün yaz splitində finalda "Rogue" komandasını 3–0 hesabı məğlub edərək 9-cu LEC çempionluğunu əldə etmişdir.[18] Həmin Mövsüm Ortası Turnirinin yarımfinalında "T1" komandasına uduzmuşdur. 2023-cü ildə komandaya Hans Sama qoşulmuşdur.
1 sentyabr 2022-ci ildə klubun "G2 Hel" adlı qadın "League of Legends" komandası yaradılmışdır.[19]
Heyət
redaktəG2 Esports "League of Legends" heyəti | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | ||||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
Legenda:
|
Ən son heyət tarix: 7 may 2024. |
İstinadlar
redaktə- ↑ "G Esports Holding GmbH: Private Company Information". Bloomberg. 20 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2018.
- ↑ "The story of G2 Esports – Part 1". EarlyGame. 20 June 2020. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2024.
- ↑ Saksena, Sanchay. "Esports CEO Receives Backlash For Partying With Andrew Tate". IGN India. 20 September 2022. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2022.
- ↑ KRAZYSLAYER187. "League of Legends Pro "ocelote" Retires". Gfininty. 18 February 2015. 31 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 November 2015.
- ↑ Cocke, Taylor Riot RoboTayCo. "HOW OCELOTE BUILT GAMERS 2 FROM THE GROUND UP". LoL Esports. Riot Games. 3 December 2015. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 November 2015.
- ↑ Raven, Josh. "Ocelote on Gamers2 rebranding plans and how he's building 'a world class esports club'". The Daily Dot. 29 September 2015. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 November 2015.
- ↑ Heath, Jerome. "Invictus Gaming slaughter G2 at MSI". 10 May 2019. 30 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2024.
- ↑ Casquero, Miguel. "Report: Caps to sign with G2 Esports, PerkZ moves to bot lane". Dot Esports (ingilis). 20 November 2018. 10 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2022.
- ↑ Esguerra, Tyler. "G2 Esports destroy Origen to win 2019 LEC Spring Split finals". Dot Esports. 14 April 2019. 19 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2019.
- ↑ Amos, Andrew. "G2 smash Team Liquid to become the MSI 2019 champions". Dot Esports. 19 May 2019. 3 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2019.
- ↑ Stubbs, Mike. "G2 Esports Win 'League of Legends' MSI 2019 Tournament". Forbes (ingilis). 3 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2019.
- ↑ Samples, Rachel. "G2 Esports crowned LEC Summer Split champions after taking down Fnatic". Dot Esports. 8 September 2019. 12 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2019.
- ↑ Kolev, Radoslav. "G2 Esports beat Fnatic, crowned 2019 LEC Summer champions". VPEsports. 8 September 2019. 12 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2019.
- ↑ "FunPlus Phoenix trounce G2 Esports, win LoL Worlds 2019 finals". win.gg. 10 November 2019. 10 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2019.
- ↑ Esguerra, Tyler. "G2 sweep Fnatic to win the 2020 LEC Spring Split finals". Dot Esports. 19 April 2020. 20 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2020.
- ↑ Geddes, George. "G2 signs Rekkles to replace Perkz". 20 November 2020. 9 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2024.
- ↑ "It's A Wunder-ful Life: A Worlds Without G2". lolesports.com. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
- ↑ "League of Legends: G2 Esports sweep Rogue to claim 2022 LEC Spring title". 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
- ↑ "We are going to need a bigger trophy cabinet ..." X (formerly Twitter) (ingilis). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
Xarici keçidlər
redaktə- g2esports.com — Rəsmi saytı