Gigo Zibil Giren Zibil Cixar - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır.
garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər.
garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır.
Microsoft Windows
redaktə[1] Zibil qutusu (Корзина, Recycle Bin)
İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır. Müsbət cavab verdikdə obyektlər Zibil qutusuna atılır. Zibil qutusu – xüsusi qovluq olub, lazımsız olan faylları müvəqqəti saxlamaq üçün nəzərdə tutulmuşdur. Zibil qutusunun tutumu, adətən bərk diskin tutumunun 10% - i qədəridir. Ümumiyyətlə isə Zibil qutusu nişanının xassə pəncərəsində, Zibil qutusu qovluğunun (sürgünü hərəkət etdirməklə), informasiya ləğv olunarkən xəbərdarlıq edilib – edilməməsi kimi parametrləri tənzimləmək olar. Zibil qutusu dolan kimi buradakı informasiyalar avtomatik ləğv olunur – Zibil qutusu boşaldılır. Zibil qutusuna atılmış informasiyanı bərpa etmək mümkündür. Bunun üçün kursoru Zibil qutusu nişanı üzərinə qoyub, 2 dəfə siçanın sol düyməsini sıxmaq lazımdır. Açılmış pəncərədə qutudakı ləğv olunmalı informasiyanın siyahısı görünəcək. Bu və ya digər lazımi informasiyanı seçib, fayl menyusundan Bərpa etmək (Востановить, Restore) əmrini yerinə yetirmək lazımdır. Eyni qayda ilə, Zibil qutusunun dolmasını gözləmədən ayrı- ayrı faylları və bütünlüklə Zibil qutusundakı informasiyasını ləğv etmək olar. Bunun üçün uyğun olaraq fayl menyusunda Ləğv etmək (Удалить, delete), Təmizləmək (Очистить корзину, Empty recycle Bin) əmrlərini yerinə yetirmək lazımdır.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.