Game Jam - Wikipedia
3D videooyunlar sahəsində keçirilən yarış.
Game Jam Azərbaycanda
redaktə2017-ci ilin noyabr ayının əvvəlindən start götürən “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib.
İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.[2]
Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub.
Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda iştirak hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.[3]
İstinadlar
redaktə- ↑ "Game Jam müsabiqəsində yazılan oyunlar". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "Game Jam müsabiqəsinin final mərasimi keçirilib". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "GameJam - təlimləri". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.