Geysa - Wikipedia
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir.
Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makyaj olunmuş qadınlara deyilir. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir.[1][2]
Tarixi
redaktəGeyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Bu şəhərlərdə ilk dəfə geyşalar XVII əsrdə peyda olmuşlar. İlk öncə geyşa vəzifəsini aktyor, musiqiçi kişilər yerinə yetirirdilər. Bu aktyor-musiqiçi kişilər "Kabuki" teatrının işçiləri idilər. Amma sonralar bu işi ancaq qadınlar yerinə yetirirdilər. İndiyədək də “Kabuki” teatrının aktyorları geyşalarla əlaqəni kəsməmişlər.
İlk qadın geyşa Kasen olmuşdur. O, 1761- ci ildən geyşalığa başlamışdır. Həmin dörlərdə iki növ geyşalar vardı. Bəziləri qonaqları əyləndirərək onlara qulluq edənlər ("siro-geysya" – "ağ geyşalar") idi. Bəzilər isə bədənlərini də ("korosi-geysya" – "qara geyşalar") sata bilərdilər.[3]
1779-ci ildə geyşalar üçün xüsusi qaydalar tətbiq olunmağa başlandı. Belə ki, ağ geyşaların aparıcı olduğu banketlərdə qara geyşaların olması qəti qadağan idi. Çünki ağ geyşaların qulluq etdiyi banketlərin qonağı mötəbər xarici nümayəndələr olurdu ki, həmin yerlərdə qara geyşaların olmasına qəti qadağa qoyulmuşdu. Hətta qara geyşalara ənənəvi kimona geyməyə və saçında "Geyşa" nişanı (o dövrlər "kandzası" keçənlərə, yəni geyşa yanında xüsusi kurs keçənlərə "Geyşa" nişanı verirdilər və geyşalar həmin nişanı saçlarına taxırdılar) gəzdirməyə belə icazə verilmirdi. Elə həmin dövrlərdə də qanunu pozanlar az deyildi. Geyşaların əksəriyyəti gizli olaraq ikili qeydiyyatdan istifadə edirdilər, yəni hər iki geyşa kimi qeydiyyatda olurdular. Belə halların isə tam qarşısını almaq mümkünsüz idi.[4]
Qədimdən müasir dövrlərədək geyşalığın tamamilə qadağası mümkün olmamışdır. Çünki bu peşənin kökü Yaponiyada çox dərin iz salmış bir ənənəyə çevrilmişdi. Hətta 1957-ci ildə Yaponiyada əxlaq pozğunluğu qəti qadağan olunanda belə, bu qadağaların geyşalara heç bir aidiyyatı olmamışdır.
Geyşalığın "qızıl əsri", çiçəklənən dövrü XIX əsrin 50-60-ci illəri olmuşdur. Həmin dövrlərdə geyşalar, sözün əsl mənasında ulduzlara çevrilmişlər. Hətta şairlər və rəssamlar geyşaları özlərinin "ilham pərisi" hesab edirdilər.[5]
Geyşa peşəsini müxtəlif vaxtlarda, müxtəlif çərçivələrə salsalar da müasir dövrədək bu peşə öz populyarlığını itirməmişdir və qeyd edək ki, geyşaların sayı çox azdır. Müqayisə üçün deyək ki, əgər 1920-ci illərdə Yaponiyada geyşaların sayı 80 min idisə, indi bu rəqəm 1000 nəfəri keçmir. Hazırda Kioto və Tokio şəhərlərinin hər birində 300 nəfərədək geyşa fəaliyyət göstərir. Qalan 400 nəfərə yaxını isə bütün Yaponiya ərazisinə səpələnmişdir. Əslində isə bunların da hamısı peşəkar qeyşalar deyildir. Bunların əksəriyyəti rəssamlar üçün poza verən qadınlar və həvəskar turistlərdir.
Geyşa peşəsi
redaktəGeyşaların peşəsi xüsusi çay evlərində ("o-tyaya") qonaqları şirin söhbətlərə cəlb etmək, müsiqi alətlərində (siyamisen və koto musiqi.alətləri) ifa edərək qonaqları əyləndirmək və onlara xüsusi ədalarla yemək-içmək paylamaqdan ibarət olmuşdur. Bu cür tədbirlər (banketlər) "o-dzasiki" adlanırdı ki, bu tədbirlərə, əsasən, yüksək rütbəli xarici qonaqları dəvət edirdilər. Bir çox hallarda isə, bu cür banketləri təşkil edərək, xarici prezidentləri, monarxları və s. çox yüksək statuslu xariciləri dəvət edib onlara qədim Yaponiyanın ənənələrini göstərirdilər. Bu cür banketlər, əsasən, tatami üzərində təşkil edilirdi. Elə "o-dzasiki" sözünün də mənası "tatamili otaq" deməkdir.
Çay evlərində, otellərdə, restoranlarda təşkil edilən belə banketlərdə geyşalar qonaqları (həm kişi, həm qadın) müxtəlif formalarda əyləndirir, onlara xüsusi ədalarla, naz-qəmzələrlə qulluq göstərirdilər. Bir sözlə, banketləri geyşalar idarə edirdilər. Əsl geyşa banketdəki bütün qonaqları ələ almalı, qonaqların diqqətini tam özünə cəlb etməli idi.[6]
Təhsilləri
redaktəHarada olmağından asılı olmayaraq, bir geyşa bir neçə sənətdən mütləq təhsil almaq məcburiyyətindədir. Bu təhsil əsasən ənənəvi olan rəqslərdən və bir sıra hallarda mahnı oxuya bilmək qabiliyyətini formalaşdıran təhsildir. Əgər bir qızın gələcəkdə geyşa olmağı planlaşdırılmışdırsa əvvəlcədən onu xüsusi məktəblərə (geyşa evləri) verirdilər. Şikomi adlanan bu qızlar bütün ev işləri ilə maraqlanırdılar. Qızları intizam edə bilmək üçün çox ağır olan iş şəraitində çalışdırırdılar.[7]}}
12 yaşdan 18 yaşa kimi qızlar əcəmi (tələbə) geyşa kimi fəaliyyət göstərirdilər. Bu yaşlardakı tələbə geyşalara Tokio və ətrafında hangyoku, yəni yarımücəffər, Osako və Kyoto ətrafında isə maiko, yəni uşaq rəqqasə deyilir. Tələbə geyşalıq dövründə xüsusi olaraq onlar kimono geyinir və xüsusi saç düzümündən istifadə edirdilər.[8]
Geyşalar müasir dövrdə
redaktəƏnənəvi geyşalıq Tokioda müasir dövrdə tamamilə aradan qalxmışdır. Kyotoda isə getdikcə azalmağa doğru gedir. Yaponiya qanunlarına görə hər bir kəs ilk və orta təhsil almaq məcburiyyətindədir. Bu isə o mənaya gəlir ki, hal-hazırda geyşalıq işinə başlamaq üçün ən azı 15 yaş lazımdır. Bu yaş əvvəllər bir geyşanın maiko dönəmindən geyşalığa keçdiyi bir dövr hesab olunurdu.[9] Bu səbəbdən də hal-hazırda Yaponiyada geyşa evlərində mövcud olan qaydalar və qanunlar əvvəlki qanunlar ilə müqayisədə ciddi dəyişikliklərə məruz qalmış və daha çox müasir dövrün tələblərinə cavab verən sosial və əxlaqi qayda və qanunlara uyğun bir hala gətirilmişdir.[10][11]
İstinadlar
redaktə- ↑ "How to pronounce 'Geisha'". Forvo. 22 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2018.
- ↑ "English 'geisha' translations". EZ Glot. 19 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2018.
- ↑ Gallagher, John. Geisha: A Unique World of Tradition, Elegance, and Art. London: PRC. 2003. ISBN 1-85648-697-4.
- ↑ "History of geisha". Japan Zone. 1 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2010.
- ↑ Ohnuki-Tierney, E. Kamikaze, Cherry Blossoms, and Nationalisms: The Militarization of Aesthetics in Japanese History. University Of Chicago Press. October 2002. səh. 347. ISBN 978-0-226-62091-6.
- ↑ Taubman, Howard. "Geisha Tradition Is Bowing Out in Japan; Geishas Fighting Losing Battle Against New Trends in Japan". The New York Times. June 12, 1968. səh. 49. November 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2011.
- ↑ Dalby, Liza. Geisha (3rd). London: Vintage Random House. 2000. 272, 273. ISBN 0-09-928638-6.
- ↑ "What Is A Geisha?". Amino Apps. 21 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2017.
- ↑ Tetsuo, I. Nihongami no sekai [The World of traditional hairstyles and hair ornaments]. Nihongami Shiryōkan. ISBN 4-9902186-1-2.
- ↑ Melissa Hope Ditmore. Encyclopedia of prostitution and sex work. Westport, Conn: Greenwood Press. 2006. ISBN 0-313-32969-9., page 184 [1] Arxivləşdirilib 2022-07-27 at the Wayback Machine
- ↑ Reynolds, Wayne; Gallagher, John. Geisha: A Unique World of Tradition, Elegance and Art. PRC Publishing. 2003. səh. 159. ISBN 1-85648-697-4. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.