Gilemeyveli Alma - Wikipedia
Giləmeyvəli alma (lat. Malus baccata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Giləmeyvəli alma | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Giləmeyvəli alma |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəYabanı halda Şərqi Sibirin cənubunda, cənub-şərqində, Mançjuriyada və Şimali Çində bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 5-10 m-ə çatan, yumru, sıx çətirli, çılpaq, nazik zoğlara malik ağacdır. Yarpaqları ellipsvari və ya yumurtavari, uzunluğu 8 sm, eni 4-4,5 sm, kənarları xırda dişli, ayanın üst səthi parlaq, çılpaq, ucu bizdir. Çiçəkləri ağ, diametri 3,5 sm-ə qədərdir. Meyvələri şarşəkilli, xırda, diametri 1 sm-ə qədər, uzun meyvə saplağına malik, qırmızı və ya sarıdır. Ağacda uzun müddət qalır.
Ekologiyası
redaktəSoyuğa, quraqlığa davamlıdır, budanmanı yaxşı keçirir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəBu növ bağ-parkla tək və qrup əkinlərində, canlı hasarlarda istifadə etmək üçün çox qiymətlidir. Çoxsaylı dekorativ formaları vardır.