Gizli Nitq - Wikipedia
Gizli nitq və ya Xruşşovun məruzəsi — Sovet İttifaqı Kommunist partiyası XX konqresində baş katib Nikita Xruşşov tərəfindən 25 fevral 1956-cı ildə oxunan nitqdir. Nitqi zamanı Xruşşov, 1953-cü ilə qədər iqtidarda olan Sovet lideri İosif Stalin tərəfindən edilən yanlış hərəkətləri, orduda və partiyada reallaşdırılan repressiyaları, şəxsiyyətə pərəstişin yaradılmasını tənqid etdi. Xruşşov nitqində Stalini güclü şəkildə tənqid edərkən, Vladimir Leninə və Kommunist partiyasına sahib çıxacağını bildirirdi.[1][2]
Ümumi baxış
redaktəGizli nitq Xruşşov dövründə müşahidə olunan ümumi yumşalmanın bir parçasıdır. Eyni zamanda Sovet rəhbərliyi arasında davam etməkdə olan iqtidar mübarizəsinin nişanəsi idi. Xruşşov Stalinin iqtidarı zamanı hakimiyyətdə olan Sovet liderlərinin şəxsiyyətini mübahisə mənbəyi etməkdə idi. Bundakı məqdəsi 1953-cü ildə, Stalinin ölümündən sonra rəhbərliyə keçən Lavrenti Beriyanın kənarlaşdırılmasını və sonrasında edam edilməsini təşkil edən şəxs kimi ictimaiyyətin dəstəyini qazanmaq istəyir, həm də o dövrün güclü şəxsləri olan Vyaçeslav Molotov və Georgi Malenkov kimi liderlərə qarşı vəziyyətini gücləndirməyə çalışırdı.
Gizlilik
redaktəXruşşovun etdiyi nitqə Gizli nitq deyilməsinin səbəbi nitqin gizli iclasda oxunmuş olmasıdır. Nitqin əsas mətni 3 mart 1989-cu ildə İzvestiya qəzetində nəşr edilmişdir.
Arxa plan
redaktəNitqin mətni bu vəzifə üçün 31 yanvar 1955-ci ildə Mərkəzi Komitənin qərarı ilə xüsusi olaraq yaradılmış olan partiya komisisyası tərəfindən yazılmışdı. Komissiyanın vəzifəsi 1934-cü ildə edilən XVII konqres nümayəndələrinin məruz qaldığı repressiyaları incələmək idi. Komissiya aşağıdakı şəxslərdən ibarət idi:
- Pyotr Pospelov (rəhbər)
- P. D. Komarov
- Averki Aristov
- Nikolay Şvernik
XVII konqresin seçilməsinin səbəbi bu konqresin sosializmin düşmənlərinə qarşı zəfər elan edildiyi bir dövrdə edilmiş olması və sonrakı zamanda repressiya hərəkatının başlamış olması idi. Komissiya 1937–1938-ci illərdə Böyük təmizləmə adı verilən repressiya hərəkatı ilə də maraqlanmış və sənədləri incələmişdir.
Xruşşov Stalinin repressiyalarına, II Dünya müharibəsi zamanı idarəçilik məsələsinə tənqidi yanaşmaqdan çəkinməsə də, o dövrdə reallaşdırılan sənayeləşdirmə cəhdlərinə və ümumi partiya ideologiyasını heç bir tənqid etməmək məsələsində diqqətli idi. Kollektivləşdirmə zamanı Sovet idarəçiliyi tərəfindən reallaşdırılan qırğınlar və repressiyalar sahiblənilmişdir. Xruşşov Stalini tənqid edərkən, Leninizmi müdafiə etmişdir.
Xruşşov Böyük təmizləmə zamanı olan represiyya hərəkatını pislə də, repressiya qurbanlarının bəraət alması prosesi çox uzun zaman sonra reallaşmışdır. Moskva məhkəmələrində günahkar hesab edilənlərin bəraəti ancaq 1988-ci ildə verilmişdir.[3]
Nitqin yayılması
redaktəXruşşov nitqinə gecə yarısı başlamış və bu niq 4 saat davam etmişdir. Nitq ilə bağlı Qərbə ilk xəbər Reuters müxbiri Con Rettie tərəfindən keçmişdir. Rettienin Kostyo Orlov tərəfindən məlumatlandırıldığı iddia olunur.
5 mart 1956-cı il tarixində Partiya prezidiumu Xruşşovun hesabatının bütün partiya və Komsomol təşkilatlarında oxunması qərarını qəbul edir. Sənədin nədən bəhs etdiyi və içində nə yazıldığı 1956-cı ildə bütün ittifaq ərazisində bilinən hala gəlmişdi.[4]
Sovet İttifaqında bu sərbəstliyə sahib olan mətn Şərq Bloku ölkələrindəki qardaş kommunist partiyalara ancaq hissə-hissə elan edilmişdir. Qərbi Avropadakı kommunist partiyalara isə heç bir formada bilgi verilməmişdir. Bu partiyalar bu mətndən 5 iyun 1956-cı ildə Nyu-York Times qəzetində və 10 iyun günü The Observer qəzetində bütün mətnin nəşr edilməsi ilə hadisədən xəbərdar olmuşdurlar.
Nitqin xülasəsi
redaktəNitqin strukturu bu formadadır:
- Stalinin şəxsiyyətə pərəstiş siyasətinin rədd edilməsi
- Marsizm-Leninizm klassiklərindən nümunələr
- Stalinin şəxs olaraq xüsusiyyətlərinin tənqidi üçün Leninin vəsiyyətinin gündəmə gətirilməsi
- Stalin tərəfindən trotskistlərə qarşı edilən xal düşməni ifadəsinin tənqid edilməsi.
- Partiyada kollektiv liderlik anlayışının tapdanması
- Köhnə bolşeviklərin çoxunun və xüsusilə də Bütün Birlik Kommunist Partiyası XVIII konqresi nümayəndələrinin təzyiqə məruz qalması, 1996 nümayəndədən 1108 nəfərin "əks-inqilabçı" elan edilməsi və 848 nəfərin də edam edilməsi pislənilmişdir.
- Məşhur olan bolşevik liderlərə qarşı tədbiq edilən təzyiqlər
- Repressiyanın NKVD tərəfindən artırılması
- Bu barədə saxta sənədlərin düzəldilməsi
- Böyük Vətən müharibəsinə aid olaraq Stalinin rolunun şişirdilməsi
- Millətlərin məcburi olaraq sürgün etdirilməsi
- Şəxsiyyətə pərəstişin mahnı, şəhər adları və s. işarələri
- 1925-ci ildən bəri Lenin mükafatının verilməməsi.
Nəticələri
redaktəSovet İttifaqında
redaktəNitq həm dinləyənlər, həm də daha sonra oxuyanlar arasında böyük həyəcan yaşanmasına səbəb oldu. Toplu olaraq edilən protesto yürüşlərinin ən böyüyü Stalinin doğulduğu torpaqlarda — Gürcüstan Sosialist Respublikasında olmuşdur. Günlərlə davam edən mitinqlər ancaq ordu qüvvələrinin müdaxiləsi ilə 9 mart 1956-cı il günü sonlandırıldı. Nitqdən sonrakı dövrdə Xruşşov rəhbərliyi 1961-ci ildə Leninin mavzoleyində saxlanılan Stalinin nəşi Kreml Divarı məzarlığında dəfn edilmişdir.[5]
Beynəlxalq sahədə
redaktəNitq Mao Tszedun rəhbərliyindəki Çin ilə Sovet İttifaqı arasındakı münasibətlərin son dərəcə gərbinləşməsinə səbəb olmuş, çox ciddi Çin-Sovet qarşıdurması ortaya çıxmışdı. Mao və Albaniya lideri Ənvər Xoca Xruşşovu revisyonist olmaqda günahlandırmışdı. Bundan əlavə Macarıstan Xalq Respublikasının rəhbəri olan Matyas Rakosinin 1956-cı ildə tamamən uzaqlaşdırılması bu ölkədə sonradan Macar inqilabı olaraq bilinən hadisənin başlanğıcını qoydu. Polşa Xalq Respublikasında da eyni dövrlərdə fəhlə mitinqləri olmuş və iqtidardakı Polşa Birləşmiş Fəhlə partiyası rəhbərliyinə Stalin dövründə partiyadan uzaqlaşdırılmış Vladislav Qomulka gətirilmişdi.[6]
Mövzu ilə bağlı yazılmış əsərlər
redaktə- J. Vilyam Tomson, Xruşşov: Siyasi hıyat, Nyo-York, 1995.
- Vilyam Taubman, Xruşşov: İnsan və onun erası, London, 2004.
- Kamal Oxuyan, Stalini anlamaq, İstanbul, 2008.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "The day Khrushchev denounced Stalin". 2010-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ "Soviets, After 33 Years, Publish Khrushchev's Anti-Stalin Speech". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ "Comment on the Open Letter of the Central Committee of the CPSU (IX)". 2020-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ Ronald Grigor Suny, The Making of the Georgian Nation. Bloomington: Indiana University Press, 1994; pp. 303–305.
- ↑ Medvedev and Medvedev, The Unknown Stalin, p. 103.
- ↑ "Khrushchev's War with Stalin's Ghost". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.