Google Books - Wikipedia
Google Books - Wikipedia - Haqqında Məlumat
"Google Books" və ya "Google Kitablar" — "Google" tərəfindən rəqəmsallaşdırılan kitablar üçün tammətnli axtarış xidməti. Burada ABŞ-nin ən böyük kitabxanalarından 10 milyondan çox kitab mövcuddur. 2010-cu ilə qədər layihədə 15 milyona yaxın kitab var idi, onlardan 1 milyonu ictimai mülkiyyətdə olmuşdur. Layihənin əməkdaşları dünyada mövcud olan kitabların sayını (təkrar nəşrlər istisna olmaqla) 130 milyon olaraq qiymətləndirmiş, onilliyin sonuna qədər hər şeyi rəqəmsallaşdırmaq niyyətində olduqlarını açıqlamışdılar.[1] 2017-ci ilin məlumatına görə, təxminən 25 milyon kitab rəqəmsallaşdırılmışdır. Bundan sonra rəqəmsallaşma sürəti çox azalmışdır.[2]
Google Books | |
---|---|
URL | books.google.com |
Tipi | elektron kitabxana, IBList |
Dilləri | çoxdilli[d] |
Sahibi | |
Açılma tarixi | 2005 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Leonid Taycher. "Books of the world, stand up and be counted! All 129,864,880 of you". Блог Google Books Search. 2010-08-05. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ James Somers. "Torching the Modern-Day Library of Alexandria". The Atlantic. 2017-04-20. 2020-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30. Перевод: Вячеслав Голованов. "Сжигая современную версию Александрийской библиотеки". 2017-05-22. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.