Gruner Ze Stiriya - Wikipedia
Grüner-Ze (alm. Grüner See) və ya Yaşıl göl – Avstriyanın Ştiriya əyalətində yerləşən göl.
Grüner-Ze | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 776 m |
Uzunluğu |
|
Sahil uzunluğu | 2,02 km |
Sahəsi |
|
Həcmi | 27.600 m³ |
Yerləşməsi | |
47°32′30″ şm. e. 15°03′21″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətlər
redaktəGöl Avstriyanın Ştiriya torpağında, Brukk-an-der-Mur şəhərindən 25 kilometr məsafədə, Tragös kəndinin yaxınlığında yerləşir. Göl Hoçşvab sıradağları və meşə ilə əhatə olunub. Gölün adı suyunun zümrüd yaşılı rəngdə olan görünüşündən yaranıb.[1] Rəngi səbəbilə göl "Alp dağlarının Karibi" ləqəbi ilə tanınır.[2]
Gölün suyu təmiz və aydındır, 6–8° C temperatura malik olur. Göldə qızılbalıq, ilbiz kimi kiçik canlılar, subirələri, kiçik yengəclər, milçək süfrələri yaşayır. Gölün dibi qayalıq olduğu üçün florası çox kasaddır. Gölün yerləşdiyi yer hidroloji baxımdan həssas bölgə hesab olunaraq 16 oktyabr 2006-cı ildə Ştiriya hökuməti tərəfindən mühafizə olunan yer elan olunmuşdur.[1]
Su səviyyəsi
redaktəGöl buzlaq suları ilə qidalandığı üçün su səviyyəsi dəyişkənlik göstərir, maksimum dərinliyə (12 metr) iyun ayında çatır.[1] Qışda isə cəmi 1 metr dərinliyində olur.[3] Gölün sahəsi qışda 2000 m² olduğu halda, yayda 4000 m² olur.[4] Gölün ətrafında yerləşən park, skamyalar, körpü, ağaclar, cığırlar hər yay su altında qalır. Növbəti aylarda qurumağa başlayır. Göl yayda dalğıclar arasında populyar yerdir. Turizmin gölün həssas ekosisteminə zərər vurmasının qarşısını almaq məqsədilə 1 yanvar 2016-cı ildə göldə su idman növləri (dalğıclıq, üzmək, qayıqla səyahət) ilə məşğul olmaq qadağan edilmişdir.[5]
Qalereya
redaktə-
Su altında qalmış cığır
-
Su altında qalmış skamya
-
Dalğıc
-
Bitkilər
İstinadlar
redaktə- ↑ 1 2 3 "Altitudinal Soil Sequence In The Austrian Northern Calcareous Alps" (PDF). Eurosoil (ingiliscə). 23 avqust 2011. 23 avqust 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 oktyabr 2024.
- ↑ "Austria Has a Magical Lake That 'Disappears' in the Winter". Travel + Leisure (ingiliscə). 26 sentyabr 2022. 17 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2024.
- ↑ "This Was Just An Ordinary Park Last Week. Now, It's The Most Beautiful Lake Ever". San Diego Herald (ingiliscə). 2014. 14 iyul 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2024.
- ↑ "Austria's Grüner See Has A Park That's Underwater All Summer". Discovery (ingiliscə). 1 avqust 2019. 2 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2024.
- ↑ "Austria's Green Lake closes for divers". Dive Magazine (ingiliscə). 31 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2024.
Xarici keçidlər
redaktə- gruenersee.at — Rəsmi saytı