Gre No Li - Wikipedia
Gre-No-Li — Isveçdən olan üç futbolçunun ləqəbi, onların soy adlarının ilk hərflərindən düzəldilibː Qunnar Gren, Qunnar Nordal və Nils Lidholm. Onları 1950-ci illərdə İsveç milli futbol komandası və İtaliyanın Milan klubunda çıxış edərkən belə adlandırırdılar.
Tarixi
redaktəÜçlük Londonda keçirilən 1948 Yay Olimpiya Oyunlarında İsveçə qızıl medal qazandırmışdır. Bu uğurdan sonra oyunçuların üçü də Milan komandasına transfer olmuşdur və 1949-50 mövsümdə Milan komandası 38 oyuna 71 qol vura bilmişdir (Qren və Lidholm 18, Nordal isə 16 qol vurmuşdular[1][2][3]). 1950-1951 sezonu bu oyunçuların ən uğurlu mövsümü sayılır, çünki onlar Skudettonu qazanmışdılar. Lidholm və Nordal bu titulu həmçinin 1955 ildə də qazana bilmişdilər, Lidholm, Qren və Nordal klubu tərk etdikdən sonra daha iki dəfə İtaliya çempionatının qalibi olmuşdular. Nordal üçün İtaliya xüsusilə uğurlu oldu, çünki o, 1949-1955-ci illərdə keçirilən altı mövsümün beşində ən yaxşı bombardiri olmuşdur.
Gre-No-Li 1953-cü ildə Qunnar Qrenin Fiorentinaya keçidindən sonra dağılmışdır.
İstinadlar
redaktə- ↑ National Footbal Teams Arxivləşdirilib 2016-05-07 at the Wayback Machine saytında statistika Arxivləşdirilib 2016-05-07 at the Wayback Machine
- ↑ National Football Teams Arxivləşdirilib 2016-08-13 at the Wayback Machine saytında statistika Arxivləşdirilib 2016-08-13 at the Wayback Machine
- ↑ "National Footbal Teams saytında statistika". 2016-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.