Hokm Kafka - Wikipedia
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir.
Hökm | |
---|---|
alm. Das Urteil[1] | |
Müəllif | Frans Kafka |
Orijinal dili | alman dili |
Yazılma ili | 1912[1] |
Nəşr ili | 1913 |
Vikianbarda əlaqəli mediafayllar |
Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib. Atası ona şər atır ki, o Pterburqdakı işin idarəçiliyini başı-başına buraxıb və bu sözlərlə qurtarır: "Mən sənə suda boğulmaqla ölmək hökmünü verirəm!". Bu sözlərdən sonra oğul evdən qaçır və çaya yıxılaraq həlak olur.
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #4192531-2 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.