Hucumcu Voleybol - Wikipedia
Hücumçu — bir çox komanda idman növlərində olduğu kimi voleybolda da mövcud olan voleybolçu ampluası. Mövqe sahibinin əsas məqsədi komandasını xal ilə təmin etməkdir. Toppaylayıcının ötürmələrinin əksəriyyəti hücumçulara göndərilir. Bu iki mövqe bir-biri ilə çox gözəl tandem təşkil edir. Voleybolda hücumçuların adətən boyu uzun olur, çünki hücumçunun boyu qısa olduqda olduqca uzun olan blokçunun üzərindən topu rəqib meydançasına göndərmək müşkül məsələ olur.
Hücum vuruşu
redaktəVoleybolda servis və blokdan başqa topu rəqib meydançaya göndərməklə başa çatan hər bir tandem hücum vuruşu olaraq dəyərləndirilir. Hücum vuruşu zamanı topu ovuc ilə vurmaq və ya tutmaq olmaz, topa dəqiq və ya aydın şəkildə toxunulmalıdır. Top bütünlüklə tor üzərindən rəqib tərəfə keçidikdə və ya rəqib komandanın oyunçularından birinə toxunduqda hücum vuruşu tamamlanmış sayılır.
Bir oyunçu topa öz meydançasında toxunaraq hər hansı bir yüksəklikdən zərbə vuraraq hücum vuruşunu tamamlaya bilər.[1] Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər. Bu zaman oyunçu tullanarkən ayağı ön zona xəttinə dəyməməli və ya o xətti keçməməlidir, ancaq zərbəni vurub qurtardıqdan sonra sıçrayış zamanı xətti keçə bilər. Top ön zonada ikən heç bir oyunçunun rəqibin servisinə qarşı hücum vuruşu tamamlamasına icazə verilmir.
Mənbə
redaktə- Voleybolda Hücum Vuruşu Arxivləşdirilib 2014-08-02 at the Wayback Machine (türk.)
İstinadlar
redaktə- ↑ Voleybol qaydaları: Maddə 13.2.4 istisnadır.