Huseyn Axundov Ressam - Wikipedia
Hüseyn Məmməd oğlu Axundov (28 aprel 1921, Balaxanı, Bakı qəzası – 6 fevral 2015, Moskva) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin nümayəndəsidir.
Hüseyn Axundov | |
---|---|
Hüseyn Məmməd oğlu Axundov | |
Doğum tarixi | |
Doğum yeri | Balaxanı, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (93 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Sənubər Axundova |
Uşaqları | Tofiq, Elmar, Fəridə |
Atası | Məmməd |
Fəaliyyəti | 1928–2015 |
Təhsili | |
Mükafatları | |
Həyatı
redaktəİkinci Dünya müharibəsi veteranı, rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.
Hüseyn Axundov 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış kimi, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Tam sağalmamış əfsanəvi Arşın mal alan filminin işində aktiv iştirak edib. Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinematoqrafiya universitetində (VQİK) davam etdirib. 1945-ci ildə oranı bitirdikdən sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.
Yaradıcılığı
redaktəMosfilm də ilk ştatlı işləyən azərbaycanlı olaraq Hüseyn Axundov İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun ustadları ilə çiyin-çiyinə çalışıb. "İdiot" (Axmaq), "Belıe noçi" (Bəyaz gecələr), "Vesna" (Bahar), "Sampo" filmlərinin rəssamı eyni zamanda onlarla başqa sənət əsərlərinə rəngli həyat verib. Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.
1953-cü ildə VDNX-dakı (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) pavilyonlardan birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb.
Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub.
Rusiya rəssamlar ittifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib. 2007-ci ilin Mart ayın 30-u iş adamı Araz Ağalarovun sponsorluğla H. Axundov öz rəssamlıqla bağlı birinci və ümümi axırıncı kitab buraxılıbdı. Kitabın buraxılmasında və illustrasiyalar, şəxsi fotolar və portret fotoqraf Rüfət Əliyevə məxsusdu. Hüseyn Axundov 2015-ci il fevral ayının 6-da ömrünün 94-cü ilində Moskvada vəfat edib.