Huseyn Dexil Maragayi - Wikipedia
Axund Molla Hüseyn Marağayi — "Dəxil" təxəllüsü ilə Azərbaycan şairlərindən dir ki Marağada dünyaya gəlib. O,Azərbaycan dilində şeir yazıb. Bu şair 19-cu yüzildə yaşayırdır.
Marağalı Hüseyn Dəxil | |
---|---|
Təxəllüsü | Dəxil |
Doğum tarixi | XIX əsr |
Doğum yeri | Marağa, İran |
Vəfat tarixi | XIX əsr |
Vəfat yeri | Marağa |
Vətəndaşlığı | İran |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Hüseyn Dəxil Marağayi Vikimənbədə |
Həyatı
redaktəHüseyn dəxil Marağayinin dəqiq doğum tarixi bəlli deyildir. Lakin onun XIX əsrdə bu şəhərdə dünyaya gəldiyi və elə o şəhərdə də vəfat etdiyi bilinməkdədir. O, Marağa şəhərində fəaliyyət göstərən axundlardan biri olmuşdur.[1]
Fəaliyyəti
redaktəHüseyn Marağayinin şeiriyyatının önəmli hissəsini şiəlik ilə bağlı hadisələrin poetik təsviri təşkil etməkdədir. O, Kərbəla döyüşündə İmam Hüseynin öldürülməsi hadisəsi barədə xeyli şeirlər yazmış, eləcə də İmam Əli, Zeynəb bint Əli barədə də əsərlər yaratmışdır. Ümumilikdə o, Kərbala hadisəsi barədə 7 cildlik əsər yazmışdır. Onun divanı müxtəlif vaxtlarda Təbriz şəhərində Azərbaycan türkcəsində çap edilmişdir. Onun əsərləri xüsusən dini mərasimlərdə mərsiyə oxuyan şəxslər üçün önəmli hesab edilir. Şeir yazmadakı bacarığı və istifadə etdiyi metodologiya onun tez-tez Füzuli ilə müqayisə edilməsinə yol açmışdır.[2][3]
Şeirindən nümunə:[4]
Sizdə əgər Yəzidi-bədəxtər nişanı var,
Gündən işıqdı bizdə peyəmbər nişanı var.
Mən nayibi-Hüseyn, Hüseyn varisi--Əli,
Məndə Hüseynü Heydərü Səfdər nişanı var.
Vardır atam Hüseyndə çün surəti Əli,
Etsə qəbul məndə də Qənbər nişanı var.
Olmaz hərif kimsə mənə, məndə, bixilaf,
Abbasi-namdarü dilavər nişanı var/
İstinadlar
redaktə- ↑ H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". 2022-01-03 tarixində arxivləşdirilib.
- ↑ Һејәт, 1993. səh. 102
- ↑ "Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Axund Molla Hüseyn Marağalı "Dəxil" - Vikimənbə" (az.). 2021-12-03 tarixində arxivləşdirilib.
- ↑ "AXUND MOLLA HÜSEYN MARAĞALI "DӘXİL"". www.anl.az. 2011. 2010-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2024.
Mənbə
redaktə- Һејәт, Ҹавад, redaktorАзәрбајҹан әдәбијјатына бир бахыш. Bakı. 1993.