Huseyn Rehimli - Wikipedia
Huseyn Rehimli - Wikipedia - Haqqında Məlumat
Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.[1][2]
Hüseyn Rəhimli | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Hüseyn Natiq oğlu Rəhimli | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Boyu | 164 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Cüdo | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub.
Karyerası
redaktə- Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu.
- Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu.
- Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu.
- 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu.
- Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.[3]
- Hüseyn Rəhimli XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində Birləşmiş Krallıq nümayəndəsi Daniel Povell ilə üz-üzə gəldi.[4] Daniel Povell ilə görüşdə Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib olan Cənubi Koreya təmsilçisi Li Yun-Min ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[4] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Davurxon Karomatov oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün 1:50-ci dəqiqəsində Hüseyn Rəhimli vaza-ari balı qazansa da, bir dəqiqə sonra rəqib də vaza-ari balı qazandı və görüşün əsas vaxtında qalib müəyyənləşmədi.[4] Qızıl bal uğrunda hissənin 26-cı saniyəsində Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[4]
- Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hüseyn Natiq oğlu Rəhimli 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[5][6][7]
İstinadlar
redaktə- ↑ "RAHIMLI HUSEYN". www.ijf.org (ingilis). 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
- ↑ "Huseyn Rahimli - Country: Azerbaijan (National Championships Seniors)". www.judoinside.com (ingilis). 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
- ↑ Azerisport.com idman portalı. "11 дзюдоистов завоевали лицензии на Паралимпиаду-2020". www.azerisport.com ( (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Токио-2020: Азербайджанские паралимпийцы завоевали еще три золотые медали". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ "Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az. 06.09.2021. 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
- ↑ "1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə". e-qanun.az. 06.09.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.