Huseyn Zeynalov Dovlet Xadimi - Wikipedia
Hüseyn Yusif oğlu Zeynalov (3 aprel 1925, Bakı – 2009, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1974–1979), Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi (1963–1974), Azərbaycan SSR Ali Sovetinin VII–IX çağırış deputatı.
Hüseyn Zeynalov | |
---|---|
27 sentyabr 1974 – 20 iyun 1979 | |
Əvvəlki | Ağa Bəşirzadə |
Sonrakı | Svetlana Qasımova |
30 mart 1963 – 27 sentyabr 1974 | |
Əvvəlki | Səməd Süleymanov |
Sonrakı | Sabit Abbasəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 2009 |
Vəfat yeri | |
Partiya |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktəHüseyn Yusif oğlu Zeynalov 3 aprel 1925-ci ildə Bakıda anadan olmuşdur. Atası Yusif Zeynalov Azərbaycanın bir sıra rayonlarında icraiyyə komitəsi sədri vəzifəsində çalışmış, 1937-ci ildə Stalin repressiyalarına məruz qalmışdır.
1940-cı ildə 8-ci sinfi bitirən Hüseyn Zeynalov Bakıda yeni yaradılmış İxtisaslaşmış Dəniz Donanması Məktəbinə daxil olmuş, 1943-cü ildə məktəbi başa vurduqdan sonra təyinatla Frunze adına Bakı Ali Hərbi Dəniz Donanması Məktəbində təhsilini davam etdirmişdir. Bir ildən sonra Xəzər Hərbi Donanmasına hərbi xidmətə göndərilmiş, orduda xidmət etməklə yanaşı, ictimai və siyasi işlərdə də fəallıq göstərərək komsomol təşkilatının katibi seçilmişdir. 1949-cu ildə donanmada xidmət edə-edə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuş və buranı 1953-cü ildə bitirmişdir.
Hüseyn Zeynalov 1950-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan SSR Yerli Sənaye Nazirliyində iqtisadçı, şöbə rəisi, Azərbaycan SSR Ticarət Nazirliyində bölmə rəisi vəzifələrində işləmişdir. 1953-cü ildən müəllim, Baş Qənd Ticarəti İdarəsinin və Baş Baqqaliyyə İdarəsinin baş əmtəəşünası, Ticarət Nazirliyinin şöbə rəisi, kollegiya üzvü olmuşdur. 1959-cu ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində Ticarət şöbəsinin müdiri vəzifəsində çalışmış, 1960–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maliyyə və plan şöbəsinin müdiri olmuşdur.[1][2]
Hüseyn Zeynalov 1963–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi[3], 1974–1979-cu illərdə isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin VII, VIII və IX deputatı seçilmiş, Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.[4]
Hüseyn Zeynalov "Oktyabr inqilabı", iki dəfə "Qırmızı əmək bayrağı" ordenləri və medallarla təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür. İqtisad elmləri namizədi idi.
İstinadlar
redaktə- ↑ Зејналов Һүсејн Јусифович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 168.
- ↑ Zeynalov, Guseyn Yusufovich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 715.
- ↑ "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). İstifadə tarixi: 2024-07-09.
- ↑ Зејналов Һүсејн Јусифович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 153.
Xarici keçidlər
redaktə- Vaqif Ağayev. "Zeynalov Hüseyn Yusif oğlu". İstifadə tarixi: 26 yanvar 2024.
- "Зейналов Гусейн Юсуфович" (rus). Память народа. İstifadə tarixi: 26 yanvar 2024.
- "Зейналов Гусейн Юсуфович" (rus). Подвиг народа. İstifadə tarixi: 26 yanvar 2024.