Huseyn Bey Mahmudbeyov - Wikipedia
Hüseyin bəy Behbud bəy oğlu Mahmudbəyov — Zəngəzurun qəza rəisi (1919), repressiya qurbanı.
Hüseyn bəy Mahmudbəyov | |
---|---|
Hüseyin bəy Behbud bəy oğlu Mahmudbəyov | |
Vəzifədədir | |
1919-cu ildən | |
Əvvəlki | Fərəc bəy Məliknamazəliyev |
Sonrakı | Camal bəy Sultanov |
Cəbrayıl qəzasının rəisi | |
Əvvəlki | Ələkbər bəy Bəhrəmbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Vəfat səbəbi | represiyya edilib |
Atası | Behbud bəy Mahmudbəyov |
Həyatı
redaktəHüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə Şuşada əsilli ailədə anadan olmişdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şəhər məktəbində oxumuşdu. Daha sonra Şuşa qəza idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. Tərcüməçı və pristav vəzifələrini də daşımışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin (indiki Füzuli rayonu) qəzalarında böyük köməkçi, sonra isə qəza rəisi vəzifəsində çalışmışdır.
1919-cu il yanvarın 15-də Qarabağ General-Qubernatorluğu yaradılan zaman, general-qubernator Xosrov bəy Sultanovun köməkçisi (müavini ) vəzifəsinə təyin olunmuşdu (digər köməkçi erməni Qriqori Kələntərov idi...). H. Mahmudbəyov bu vəzifədə AXC-nin süqutunadək xidmət etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən kənarlaşdırılaraq, bir müddətdən sonra həbs olunan Hüseyn bəy Mahmudbəyov naməlum şəraitdə güllələnmişdi.[1]
İstinadlar
redaktə- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013