Huseynkend - Wikipedia
Hüseynkənd — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Hüseynkənd gürc. სოფელი უსეინქენდი (sopeli useinkendi) | |
---|---|
უსეინქენდი | |
41°26′12″ şm. e. 44°03′47″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | Başkeçid |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.380 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1709[2] |
Coğrafiyası
redaktəKənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 25 km qərbdə, Qomaret yaylasında yerləşir.[4]
Tarixi
redaktəXVII əsrin əvvəlində Türkiyədən köçüb gəlmiş Söyün xocanın adı ılə bağlıdır. Çin – Azərbaycandan – Borçalıya, oradan Avropaya, Türkyəyə və Russyaya uzanan karvan yolu (İpək yolu) üstündə bina olunmuşdur. XVll – yüz illikdə Türkiyədən gəlmiş Söyün xoca burada yaşamış və kəndin adı da onun adını daşımışdir, "Söyünün kəndi". Müəyyən tarixi səbəblərdən əhali buradan köçmüş və boş sahəya çevrilmişdir. 1860-cı illərdə Yaradanqulu ağa o ərazini Gürcü knyazı Nikolay Davidoviç Djanbakruian- Orbelianidən almış və XlX – yüzilliyin əvvəlində oğlu Osman ağaya vermişdir. (Bax; "Bir ağacın pöhrəsiyik". Sədi Qədir oğlu Yaradanquliyev). Tarixi: Əzəli Türk məşəli Albanların qədimi yaşayış yeri olmuşdur. Kəndin adı Söyüdlü çay, sonradan "Söyünün kəndi". kimi tanınırmış. Kəndin içərisində və təpəciyin ustundə alban qəbrləri və kəndin gündoğanda 200kv m. 150kv m. ölçüdə olan daş kurqanlar (çınqıllıq) aşkar olunmuşdur.
Əhalisi
redaktəXVll – Yüzilin birinci yarısına aid Gürcü qaynaqlarına –"Dəstərül-əməl"ə (qanunnaməyə), 1701–1711 illəri Qaplanlının əhalisayımına, divanbəyinin hesabatına, Vaxuştinin əsərinə əsasən, bu kəndin adı var.
Kənddə 1926-cı ildə 17 ailədə 70 nəfər azərbaycanlı yaşayırdı.[4] 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 135 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 96 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsiyyətləri
redaktəOsman ağa, Musa Osman ağa oğlu (İlk Başkeçid dövlət bangının müdri olmuş və süi qəst nəticəsində hələk olmuşdur); ictimaiyətçilər Səmədov İbrahimxəlil, Quliyev Əhməd Qulu oğlu, Məmmədov Telman Mustafa oğlu; müharibə veteranı, Mamedov Mamed Mamedov Mustafa, Polkovnik Səmədov Həsən İbrahimxəlil oğlu, hüquqcu Məmmədov Məmməd Şəmil oğlu, el ağsaqqalları; Kamıl Osman ağa oğlu, Yaradanquliyev Cəlal Yaqub oğlu, Adıgözəl, Hamza; əməkdar müəllimlər; Yaradanquliyev Ədil Kamıl oğlu, Quliyev İbad Qulu oğlu, Omarov Hüseyin Omar oğlu və b. 1941–1945-ci il müharibəsində itkin düşənlər və həlak olanlar; 6 nəfər, Qarabağ savaşında İlqar Zərrər oğlu Mahmudov 1992 — ildə "Qurtuluş" bataliyonunun tərkibində, Ağdərə uğurunda vuruşda şəhid olmuşdur.
Təhsil
redaktəMəktəb 1946–47-ci ildə 4-illik, 1968-ci ildən Vlll-illik məktəb olmuş, 1993-cü ildən 4-illik məktəb olmuş və hal-hazırda fəaliyyət göstərir.[4] 15–17 şagird vardır.
İstinadlar
redaktə- ↑ http://census.ge/en/home.
- ↑ http://www.gpost.ge.
- ↑ 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
- ↑ 1 2 3 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 33 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine
- ↑ The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005