Hebib Ismayilov - Wikipedia
Həbib İsmayılov Ələkbər oğlu (21 fevral 1906 – 31 dekabr 1966) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960).[1][2]
Həbib İsmayılov | |
---|---|
Həbib Ələkbər oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1944-cü ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID2177431 |
Həyatı
redaktəHəbib İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvan şəhərində anadan olub.[2] Ailəsi ilə birlikdə əvvəllər Nehrəm kəndində yaşayıb. Həmin kənddə kənd təsərrüfastı ilə məşğul olan atası və babası, Naxçıvana köçdükdən sonra dəmirçiliklə məşğul olublar. Maddi vəziyyətə görə İsmayılovlar ailəsi 1910-cu ildə Tiflis şəhərinə köçür. Həbib İsmayılov orta məktəbə Tiflis şəhərində gedib.[1]
Teatrdakı fəaliyyəti
redaktəHəbib İsmayılov Tiflisdə yaşadığı müddətdə "Yeni fikir" qəzetində korrektor köməkçisi vəzifəsində işləyib. Həmçinin paralel olaraq Tiflis şəhərindəki Azərbaycan teatrının səhnəsində uşaq rollarını ifa edib. Bir müddət sonra İsmayılovlar ailəsi Bakıya köçüb və Həbib İsmayılov 1924-1927-ci illərdə Fəhlə fakültəsində təhsil alıb. Eyni zamanda dram dərnəyində səhnə fəlaiyyətini davam etdirib. O, təkcə aktyor kimi fəaliyyət göstərməyib, həmçinin bir sıra tamaşalara da quruluş verib.[1]
Həbib İsmayılov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə alıb. Daha sonra 1927-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Moskvada Dövlət Teatr Sənəti İnstitutunun Rejissorluq və Aktyorluq fakültəsində oxumağa göndərilib. Həmin institutda SSRİ Xalq artisti, rejissor və pedaqoq Konstantin Stanislavskidən dərs alıb.[2] 1931-ci ildə institutu bitirən Həbib İsmayılov Bakıya qayıdıb və Türk İşçi Teatrında çalışıb. O, teatrda həm bədii rəhbər, həm də rejissor kimi fəaliyyət göstərib. O, bir sıra tamaşalara quruluş verib: "Küləklər şəhəri", "Lənkəran xanının vəziri" (M.F.Axndov), "Gizli əl", "Kölgə", "Yaşar", "Ölülər" (C.Məmmədquluzadə), "Od gəlini" (C.Cabbarlı).[1]
Türk İşçi Teatrı 1933-cü ildə Gəncə şəhərinə köçürülüb. Həbib İsmayılov da kollektivlə birlikdə Gəncəyə gedir və fəaliyyətini orada davam etdirir. O, teatrda həm rejissor kimi, həm də aktyor kimi çalışıb. Belə ki, "Yaşar" tamaşasında Toğrul, "Namus"da Barxudar, "1905-ci ildə" tamaşasında general-qubernator və s. kimi rolları ifa edib. Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943).[1]
Həbib İsmayılov 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin olunub.[2] Burada işləyərkən bir sıra tamaşalara quruluş verib: "Aşıq Qərib" (1939), "Əlli yaşında cavan", "Lənkəran xanının vəziri", "Beş manatlıq gəlin" (1940), "Malinovkada toy". İkinci Dünya müharibəsi zamanı Həbib İsmayılov ordu sıralarına çağrılıb. Ordu sıralarında hərbiləşdirilmiş caz-orkestrin rəhbəri, sonra isə 402-ci Azərbaycan atıcı diviziyası klubunun rəisi təyin olunub.[1]
Həbib İsmayılov 1942-cü ildə Mahaçqala şəhərinə gedib. O, 1943-cü ilin əvvəlində isə Dağıstan Dövlət Teatrının direktoru vəzifəsinə təyin olunub. Dağıstan Dövlət Teatrına rəhbərlik etdiyi dövr ərzində "Arşın mal alan" operettasına quruluş verib.[1]
Kino fəaliyyəti
redaktəHəbib İsmayılov 1943-cü ildən kinoda fəaliyyət göstərib.[3] O, ilk əvvəl kinoxronika şöbəsində baş redaktor, sonra şöbə rəisi kimi çalışıb.[1][2]
Həbib İsmayılov bir çox elmi-kütləvi və sənədli filmlərə çəkib: "Dağıstan MSSR-in 25 illiyi", "Cəfər Cabbarlı", "Naxçıvan MSSR-in 25 illiyi", "Sovet İttifaqının himni", "Torpaq və onun münbitliyi" və s. Rejissor "Azərbaycan pambıqçılığında aqrotexnikanın tətbiqi" filminə görə isə 1955-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalı ilə təltif olunub.[1]
Vəfatı
redaktəFilmoqrafiya
redaktə- Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
- Böyük dayaq (film, 1962)
- Cəfər Cabbarlı (film, 1944)
- Ögey ana (film, 1958)
- Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949)
- Sənət yollarında. Həbib İsmayılov (film, 2016)
- SSRİ-nin himni (film, 1944)
- Kinolentdə imzası... Həbib İsmayılov (film, 2012)
- Torpaq və onun münbitliyi (film, 1952)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Şəhla Əmirli. "Həbib İsmayılov-115" (Azərbaycan). anl.az. 1-7-2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 "Əməkdar İncəsənət Xadimi Həbib İsmayılovun anadan olmasının 110 illiyi qeyd olunub" (Azərbaycan). azertag.az. 15-6-2016 tarixində arxivləşdirilib.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.