Hemedan Emeliyyati - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həmədan əməliyyatı — rus qoşunlarının İranda Birinci dünya müharibəsi zamanı 1915-ci ilin 17 (30) oktyabr — 3 (16) dekabrında keçirdiyi hücum əməliyyatı. Əməliyyatın keçirilməsinə səbəb İranda və Əfqanıstanda fəallaşan alman-osmanlı casus şəbəkəsi, məqsəd isə onun neytrallaşdırılması idi. Rusların iddiasına görə alman-osmanlı casuslarının fəaliyyəti nəticəsində İran vətəndaş müharibəsi həddində idi. Eyni zamanda Əfqanıstanın da Rusiya və İngiltərəyə qarşı çıxmaq ehtimalları artırdı. Bu şəraitdə rus Qafqaz ordusunun komandanlığı İrana Bakı və Xəzər dənizi vasitəsi ilə, N.N.Baratovun komandanlığı altında 3 tabor, 39 yüzlük, 5 batareya — cəmi 8 min adam və 20 top göndərdi. 17 (30) oktyabr korpus Ənzəli limanında yerə endi, 29 oktyabrda (11 noyabr) isə, əvvəl rus qoşunlarının olduğu Qəzvində cəmləşdilər. Sonra iki sütunla, iddialarına görə 8 minlik alman-osmanlı agenturasının mərkəzi olan Həmədan və Qum, bir kolonla isə Tehran üzərinə hərəkətə başladılar. 3 (16) dekabrda rus qoşunları Həmədanı tutdu, sonra Bürucərd, Dövlətabad, cənub-qərbi Laləkan və Qum rayonlarında alman-osmanlı diversantlarını darmadağın etdilər. Sonuncusu 9 (22) dekabrda alındı. Bu vaxta qədər korpusun qoşunları qüvvələrin bir hissəsi ilə Tehranın şimal-qərb, sonra isə cənub civarına çıxdılar. Türküstan hərbi dairəsindən irəli çəkilən rus Xorasan dəstəsi (1000 nəfər və 4 top) İranın cənubu ilə İran-Əfqanıstan sərhəddinə tərəf hərəkət edən alman-osmanlı qrupunu zərərsizləşdirdi. Sistanda olan ingilislərlə birgə rus Xorasan dəstəsi Bircənd, Sistan və Oman körfəzi xəttində, alman-osmanlı dəstələrinin Əfqanıstana daxil olmasının qarşısını almaq üçün, çevik sərhəd müdafiə sistemi yaratdılar. Bunun nəticəsində rus Xorasan dəstəsi, ingilislərlə birgə, rus Qafqaz ordusunun sol cinahdan alman-osmanlı dəstələrinin müdaxiləsinin qarşısını kəsmiş oldular.
Mənbə
redaktə- Советская военная энциклопедия. Москва: 1980. Военное издательство министерства обороны СССР T.8 стр. 354