Hemid Abbas - Wikipedia
Həmid Abbas — şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi, Azərbaycan KP MK-da məsul işçi (1970-1981), Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1981-1999), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həmid Abbas | |
---|---|
Həmid Məmmədəli oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Qazax rayonu |
Vəfat tarixi | (64 yaşında) |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | Filologiya |
Fəaliyyəti | Şair, jurnalist |
Həyatı
redaktəHəmid Məmmədəli oğlu Abbasov 10 oktyabr 1935-ci ildə Qazax rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsindən məzun olub. Həmid Abbas 19 noyabr 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Ədəbi fəaliyyəti
redaktəƏmək fəaliyyətinə 1960-cı ildə tərcüməçilik edərək başlasa da səyyar müxbirlik, redaktorluk kimi vəzifələrdə də çalışmışdır.[1] İlk əsəri, ,,Dilican’’ adlı şeiridir (1957). Ayrıca ,,Gəncliyin səsi’’ adlı ədəbi külliyətində ve dönəm mətbuatlarında şeirləri yayımlanmışdır.[1] ,,Tarla qızları’’ adlı ilk şeir kitabı Abbas Həmid təxəllüsü ilə nəşr edildi.[1] 1978-ci ildə Ali Partiya Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə, 1983-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv oldu.
Əsərləri
redaktə- Tarla qızları, Bakı, 1979.
- Ömrün elə çağıdır ki, Bakı, 1983.
- Ürəyə toxunma, Bakı, 1985.
- Günahım olsa, Bakı, 1989.
- Dinlədi nəğməmi sirdaşım mənim, Bakı, 1992.
- Nər igidlər, alov saçın, Bakı, 1992.
- Şuşa Həsrəti, Türk həqiqəti, Bakı, 1993.
- Dostluq şarjları, Bakı, 1994.
- Gözüm səni axtarır, Bakı, 1995.
İstinadlar
redaktə- ↑ 1 2 3 Prof. Dr. Sedat Adıgüzel.[1] Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine Azerbaycan Edebiyatı İsimler Sözlüğü.2012.AZEIS (türk.)