Hemid Memmedzade - Wikipedia
Həmid Rza oğlu Məmmədzadə (1924, Təbriz – 2000, Tehran) — Azərbaycanlı yazıçı, ədəbiyyatşünas.
Həmid Məmmədzadə | |
---|---|
Həmid Rza oğlu Məmmədzadə | |
Doğum tarixi | 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 2000 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, ədəbiyyatşünas |
Fəaliyyət illəri | 1946-2000 |
Mükafatları |
Azərbaycan Milli Hökuməti dövründə müəllimlik edib. Azərbaycan Demokrat Cavanlar təşkilatının üzvü olub. Öz məqalə və hekayələri ilə mətbuatda çıxış edib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.
Azərbaycan Milli Hökumətinin süqutundan sonra Bakıya köçüb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində elmi fondlar şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi olub.
Həyatı
redaktəHəmid Rza oğlu Məmmədzadə 1924-cü ildə Təbrizdə Əhrab məhəlləsində anadan olub[1]. İlk təhsilini Təbrizin "Nəcat" və "Pərvəriş" məktəblərində alıb. Məktəbi bitirdikdən sonra 1942-ci ildə Təbrizdə yerləşən Darül-müəllimdə təhsil alıb[2]. Buranı da bitirdikdən sonra iki il Ərdəbilin "Səfəvi", "Puranduxt" və "Sənan" adlı məktəblərində müəllimlik edib[3].
1943-cü ildə Tudə Partiyasına, 1945-ci ildə isə Azərbaycan Demokrat Firqəsinə üzv olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizə qayıdıb burada müəllimlik edib. Yeni yaranan Azərbaycan Demokrat Cavanlar təşkilatının Mərkəzi Komitəsinin Təbliğat şöbəsinə rəhbərlik edib[1]. İlk məqalələri 1946-cı ildə Azərbaycan Demokrat Cavanlar təşkilatının orqanı olan "Cavanlar" qəzetində və "Azad millət" qəzetində[3], ilk hekayələri isə "Pioner" və "Azərbaycan" jurnallarında dərc olunub[4][5]. Daha sonra təhsilini davam etdirmək üçün Təbriz Universitetinin tarix və ədəbiyyat şöbəsinə daxil olub. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib[6]
1946-cı ildə Azərbaycan Milli Hökumətinin süqutundan sonra Həmid Məmmədzadə Bakıya köçür[7]. Burada Azərbaycan Ali Partiya məktəbində və eyni zamanda Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirir[5]. Ali məktəbi bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasuna daxil olub[8]. 1951–1954-cü illərdə[1] "İnqilabçı, jurnalist, yazıçı Pişəvəri (həyatı, mühiti, yaradıcılığı)" mövzusunda elmi iş yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb[5]. Daha sonra 1968-ci ildə institutda baş elmi işçi işləyərkən "Axundov və Şərq" mövzusunda doktorluq dissertasiyası müdafiə edib[1][5]. Sonradan Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində elmi fondlar şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi vəzifələrində işləyib. 1947-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin[9], 1958-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub[8][10].
Həmid Məmmədzadə Bakıda fəaliyyət göstərdiyi dövrdə Mirzə Fətəli Axundov, Əlişir Nəvai, Hafiz Şirazi, Məhəmmədhüseyn Şəhriyar, Mirzə Ağa Təbrizi, Mirzə Şəfi Vazeh və digərlərinin ədəbi yaradıcılığına aid sənədlər, tapıntılar toplayıb nəşr etdirib. "Mirzə Fətəli Axundov və Şərq", "Məşrutə inqilabi ərəfəsində və dövründə İran ədəbiyyatı", "Bahar Şirvani", Seyid Cəfər Pişəvəri", "Təbriz xatirələri" , "Fədai" povesti, "Şimal hekayələri", "Oğurlanmış abidə", "Təbriz təbəssümü", "Azadlıq həsrəti", "1941–45-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatı", " İnqilabdan sonrakı dövrdə Cənub şeirində Vətən və Vətənpərvərlik motivləri", "Molla Nəsrədin jurnalı Təbrizdə", "Cənubi Azərbaycan şairi Səhənd haqqında", "Sadiq bəy Sadiqi Əfşar", "Milli azadlıq hərəkatının tərənnümçüsü", "Abbas Pənahi (Makulu)", Məhəmmədi Müdərrisi-Təbrizi", "Cənub folkloru", "Azəroğlu", "Şeyx Məhəmməd Xiyabani", "Zeynəlabdin Marağayi", "Həmid Nitqi" adlı əsərləri var. Səttar xan və Heydər Əmioğlu haqqında roman yazıb[5]. Nəsiminin farsca divanı[11], Məhəmmədhüseyin Şəhriyarın türkcə poetik əsərləri, Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması, Cəlil Məmmədquluzadənin hekayələri, Zeynalabdin Marağalının "İbrahim bəyin səyahətnaməsi" romanı onun tərcümə və tərtibi ilə çap olunub[12][13]. 1957-ci ildə "Hekayələr", 1961-ci ildə "Futbolçu", 1966-cı ildə "İlk məhəbbət", 1978-ci ildə "Təbriz xatirələri", 1984-cü ildə "Oğurlanmış abidə" kitabları Bakıda nəşr olunub[14].
1979-cu ildə İran İslam İnqilabından sonra əvvəlcə Təbrizə daha sonra isə Tehrana köçüb[15][16]. Burada hekayələri və ədəbi-tənqidi məqalələri müntəzəm olaraq türkdilli mətbuatda çap olunub. Uzun müddət Azərbaycan dilində nəşr edilən "Varlıq" dərgisi ilə əməkdaşlıq edib[17][18], "Yol" adlı ədəbi, ictimai-siyasi jurnalın təsisçilərindən biri olub[19]. 2000-ci ildə Tehranda dünyasını dəyişib[7].
Mükafatları
redaktə- — 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib[6].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Ali Kafkasyalı. İran Türk Edebiyatı Antolojisi. V. Ərzurum: Atatürk Üniversitesi Yayınları. 2002. səh. 529. 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
- ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 461. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ 1 2 Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 87. (#accessdate_missing_url)
- ↑ Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 96. ISBN 978-9952-8285-3-5. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 2023-04-19.
- ↑ 1 2 3 4 5 Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 88. (#accessdate_missing_url)
- ↑ 1 2 Fərid Hüseyn. ""Atam elə-belə adam olmayıb, Pişəvərinin sol əli idi" - Həmid Herisçi" (az.). qafqazinfo.az. 2021-05-07. 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
- ↑ 1 2 Mahmizər Mehdibəyova. "Görkəmli ədib və alim Həmid Məmmədzadənin irsinə bir nəzər" (az.). 525-ci qəzet. 2015-06-09. 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
- ↑ 1 2 Savalan Fərəcov. "Milli ruhlu alim-yazıçı" (az.). medeniyyet.az. 2019-11-27. 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
- ↑ Xaqan Balayev, "Cənublu şair və yazıçıların Azərbaycan ədəbi mühitinə inteqrasiyası" (PDF), Xəzər Xəbər jurnalı, Bakı, June 2011, səh. 56, 2022-01-16 tarixində arxivləşdirilib (PDF)
- ↑ Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 92. (#accessdate_missing_url)
- ↑ Nərgiz Ehlamqızı. "Nəsiminin 6 divanını Bakıya gətirən alimdən şok faktlar – İran kitabxanasında…" (az.). teleqraf.com. 2019-09-26. 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
- ↑ Vaqif Sultanlı, İrəc İsmayıl. Güney Azərbaycan nəsri. Antologiya (PDF). Bakı. 2017. səh. 35. ISBN 978-9952-507-16-4. 2019-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-08.
- ↑ Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 90. (#accessdate_missing_url)
- ↑ Arzu Hüseynova. XX əsr Şimali Azərbaycan nəsri və mühacir Cənubi Azərbaycan ədəbiyyatında bölünmüş vətən və milli bütövlük ideyası (PDF). Bakı. 2021. səh. 200. 2022-05-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-20.
- ↑ Mayis Əlizadə. "Hadi Şəhriyar: "Atam deyirdi ki, Rüstəm Əliyev 6 dildə professordur"" (az.). turan.az. 2021-09-18. 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
- ↑ Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər. Bakı: Elm nəşriyyatı. 2009. səh. 155. (#accessdate_missing_url)
- ↑ Pərvanə Məmmədli. Cənubi Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: Sabah. 2015. səh. 13. (#accessdate_missing_url)
- ↑ Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər. Bakı: Elm nəşriyyatı. 2009. səh. 145. 2018-10-23 tarixində arxivləşdirilib (#archive_missing_url). (#accessdate_missing_url)
- ↑ Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər. Bakı: Elm nəşriyyatı. 2009. səh. 144. (#accessdate_missing_url)