Henife Melikova - Wikipedia
Hənifə Məlikova-Abayeva (5 may 1856, Nalçik – 2 may 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı.[1][2][3][4][5]
Hənifə Məlikova | |
---|---|
Doğum tarixi | 5 may 1856 |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 1929 (72 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları |
|
Fəaliyyəti | pedaqoq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib[6]. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.[2][3][4][5]
Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti
redaktəHəsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı:[2][3][4][5]
Qəzet cəmiyyəti hərəkətə gətirmişdi. Həsən bəy yeni başlayan müxbirlərə və qəzetin əməkdaşlarına olduqca həssas yanaşırdı. Çox vaxt aldığı zəif məqalələri ehtiyatla sahibinə qaytarıb onun nöqsanlarını başa salırdı. |
Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb. Daha sonra ailəsi ilə birgə Bakıya köçüb.[2][3][4][5]
Həsən bəy Zərdabi uzun illər Bakıda müsəlman qız məktəbinin açılmasını arzulayırdı. Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə bu təşəbbüs baş tutur. Məktəbin müdirəsi təhsilli türk xanımı olmalı idi və Hənifə Məlikova 1901–1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdirəsi vəzifəsini icra edib. Daha sonra o, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.[2][4][5]
Hənifə Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. Belə ki, onun təşəbbüsü ilə Nicat Cəmiyyətinin bir şöbəsi kimi Bakı xanımlarının ilk təşkilatı yaradılıb. Həmin təşkilat tezliklə Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib. Hənifə xanım 1920–1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışıb.[2][3][4][5]
Hənifə Məlikovanın maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində geniş şəkildə yayılmışdı. Həyatı əziyyət və bəzən də təqiblərlə dolu olan Hənifə Məlikova heç vaxt mübarizədən yorulmayıb. O, deyirdi:[2][3][4]
Həyatımın məqsədi — bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Düşünürəm ki, mən Sovet hakimiyyətinin proqramı ilə işləyirəm. Partiya ədəbiyyatını dərindən öyrənməyə vaxtım olmayıb. Mən partiyalılığı ancaq forma hesab edirəm, xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam". |
Ailəsi
redaktəHənifə Məlikovanın iki oğlu, iki qızı olub. Oğlanları barədə bu günə qədər heç bir məlumat yoxdur. Əlimərdan bəy Topçubaşovla ailə quran böyük qızı Pəri mühacirətdə dünyasını dəyişib. Digər qızı Qərib Soltanın sonralar gizli qəbri üzə çıxıb.[4]
Vəfatı
redaktəHənifə Məlikova 1929-cu ildə Bakıda vəfat etmişdir. Əvvəl şəhər qəbristanlığında dəfn edilmiş, sonralar cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülmüşdür.[2][4][5]
Qalereya
redaktə-
Həsən bəy Zərdabi, Hənifə Məlikova və qızları Pəri xanım Topçubaşova.
-
Hənifə Məlikova, qızı Pəri xanım Topçubaşova və oğlu Səfvət.
İstinadlar
redaktə- ↑ "Абаева Ханифа Асланбековна - просветительница / Hənifə Aslanbek qızı Abayeva - maarifçi" (rus. ). ourbaku.com. 6 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 Kifayət Əliyeva. "Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova–Zərdabi" (Azərbaycan). azertag.az. 9-10-2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 Ülviyyə Tahirqızı. "Azərbaycan tarixində ilk maarifçi qadınlardan biri" (Azərbaycan). anl.az. 13-5-2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Savalan Fərəcov. "Müqəddəs əməllərin böyüklüyü: Hənifə xanım Abayeva" (Azərbaycan). medeniyyet.az. 15-3-2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Görkəmli maarifçi və vətənpərvər" (Azərbaycan). news.milli.az. 13-5-2017 tarixində arxivləşdirilib.
- ↑ Mərdanov, Misir. Azərbaycan təhsil tarixi (az.). Bakı: Təhsil nəşriyyatı. 2011. 126. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.