Hesen Benna - Wikipedia
Həsən Bənna — Misirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi.
Həsən Bənna | |
---|---|
ərəb. حسن البنا | |
Doğum tarixi | |
Doğum yeri | Mahmudiyyə, Misir |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Qahirə, Misir |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | vaiz[d], yazıçı, müəllim, siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman Bənnanın ailəsində doğulmuşdur. Ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan Əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur. Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur.
Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur. 1927-ci ilin iyununda bu fakültəni də bitirir və İsmailiyyəyə müəllim təyin edilir. 1928-ci ilin mart ayında altı dostu, Hafiz Əbdülhəmid, Əhməd əl-Husəri, Fuad İbrahim, Əbdürrəhman Həsəbullah, İsmail İzz və Zəki əl-Məğribi ilə Müsəlman Qardaşlar Birliyini ("Cəmaətül-İxvanil-Müslimin") yaradır. Həsən Əl-Bənna 1949-cu il 12 fevralda qətlə yetirilərək, şəhid olmuşdur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Müsəlman Qardaşlar Hərəkatı". 2011-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.