Hesen Demirci - Wikipedia
Həsən Dəmirçi (18 fevral 1941, Təbriz – 24 iyun 2018, Təbriz) — azərbaycanlı milli-mədəni fəal, şair, yazıçı, bəstəkar, musiqiçi.[1][2][3][4]
Həsən ağa Dəmirçi | |
---|---|
Digər adları |
Həsən Azərbaycan Həsən ağa Hərgülü |
Doğum tarixi | 18 fevral 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 2018 (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1960-cı illərdən |
Tanınır |
Milli-mədəni fəal musiqiçi |
Həyatı
redaktəHəsən Dəmirçi 1941-ci ildə Təbriz şəhərində anadan olub.[2]
1981-ci ildə Təbrizdə küçələrdə ana dili ilə bağlı şüarlar yazdığına görə həbs olunub[5].
2006-cı ildə Milli Qiyam Günündə Təbrizdəki etirazçılara 30 nəfərlik orkestri ilə konsert verdiyinə görə, eləcə də etirazlara qoşulduğuna görə musiqi məktəbi və orkestri ləğv edilib. İran İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunaraq Təbriz Mərkəzi Həbsxanasına salınıb. Daha sonra vəkil Nağı Mahmudi ona qarşı verilmiş hökmdən şikayətçi olduqdan sonra Həsən Dəmirçi bəraət qazanıb və 6 aydan sonra azadlığa buraxılıb[6]. Azadlığa çıxdıqdan sonra dəfələrlə təzyiqlərə və təqiblərə məruz qalıb[7].
2009-cu ildə rəhbərlik etdiyi “Azərbaycan Musiqi Məktəbi” Eteelaat əməkdaşları tərəfindən bağlanıb[7]. Nəticədə 11 musiqi müəllimi işsiz, 200 tələbə isə təhsilsiz qalıb[6].
2015-ci ilin dekabr ayında İranda və Güney Azərbaycanda yaşayan 1046 türk fəalı Suriya türkmənlərinin qırğınına qarşı çıxaraq onlara dəstək bəyanatı imzalayıblar. Bəyanatı imzalayanlar arasında Həsən Dəmirçi də olub[8].
2015-ci ildə Bakıda “Borçalı” cəmiyyəti tərəfindən verilmiş “Türklüyə Xidmət Mükafatı”na görə təzyiqlərə məruz qalıb[9].
Güney Azərbaycan milli-mədəni hərəkatında rolu
redaktəHəsən Azərbaycan adı ilə tanınan mərhum Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalmışdır.[3][10][11]
Azərbaycanlı fəal, mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə "Azərbaycan Mədəniyyət Ocağı" Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.[2]
Həbsi
redaktəDəfələrlə həbs edilmiş Həsən Dəmirçi müxtəlif növ cəzalara məruz qalmışdır. 2013-cü ilin noyabrın 4-də Təbrizdəki evində həbs edilmişdir. İnqilab Məhkəməsinin hakimi Bağırpurun iyul ayında çıxardığı hökmə görə, Həsən Hərgülü və Həsən Azərbaycan adları ilə də tanınan musiqiçi İrana müxalif olan etnik qrupların xeyrinə müqəddəs İran İslam Respublikası nizamına qarşı təbliğat aparmaqda ittiham olunmuşdu. Məhkəmə sənədində yazılıb ki, cənab Dəmirçi icazə almadan musiqi sinifləri təşkil etmək və gizli musiqi tədris etmək, Türkiyədə və ölkə daxilində BMT-dən İran Azərbaycanında referendum keçirilməsi tələbi ilə təşkil edilən toplantılara qatılmaq, səlahiyyətli orqanlardan icazə almadan əhalidən ianə toplamaq və həbsdən azad olmuş separatçı fəallarla toplu şəkildə görüşmək kimi fəaliyyətlərlə bağlı olaraq altı ay həbsə məhkum edilib. Sənəddə qeyd edilən, əhalidən ianə toplanılması Dəmirçinin 2012-ci ildə Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım etmək üçün apardığı fəaliyyətlərlə bağlıdır.[3][11]
Digər təqiblər
redaktə2015-ci ilin yanvar ayında Bakıya səfər etdikdən sonra İran dövləti tərəfindən xaricə çıxışına qadağa qoyulmuşdu.[10] Çoxsaylı müraciətlərinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdi. Ettelaat Nazirliyinin Təbriz şöbəsi əməkdaşının verdiyi qeyri-rəsmi məlumata görə İran Ettelaat Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub və artıq Həsən bəyin durumu ilə birbaşa Tehran maraqlanır.[10][11]
Güney Azərbaycan milli-mədəni hərəkatında göstərdiyi fədakarlığa görə Güney Azərbaycanda Həsən Ağa Azərbaycan və Həsən Hərgülü ləqəbi ilə anılır.
İcazəsiz musiqi dərsləri keçdiyi bəhanə edilərək, özünün təsis etdiyi və dərs dediyi musiqi mərkəzi qapadılmışdır.
Musiqi sahəsində fəaliyyəti
redaktəHəsən Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. Azərbaycanlı fəal, mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib. Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar. Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval və s. kimi Azərbaycan musiqi alətləri öyrədilmişdir. Dərnəkdə həmçinin türk dilində muğam oxumaq və Azərbaycan rəqsi kusrları təşkil olunmuşdur.[11]
Türkiyə Radio Televiziya Qurumunun (TRT) yayımladığı musiqi proqramlarında iştirak edib.[11]
Həsən Dəmirçi muğam musiqisi haqda Muğam: öyrəncilər üçün və başqa bir neçə cild kitabın müəllifidir.[4][11]
"Azərbaycan Muğamları" dərslik kitabı, 5 cildlik "Azərbaycan Mahnıları", "Səhəndiyyə" operası, "Azərbaycan Marşları" adlı kitabların müəllifidir[6].
2018-ci il iyunun 24-də Təbriz şəhərində yerləşən "Alinəsəb" xəstəxanasında vəfat edib.[12][13] İyunun 25-də Təbrizin “Vadi Rəhmət” məzarlığında torpağa tapşırılıb[14].
Xatirəsi
redaktəHəsən Azərbaycan xəstəxanada müalicə olunarkən yanına ziyarətə gəlmiş bir qrup Güney Azərbaycanlı milli-mədəni fəallara ziyarət üçün hökumət rəsmiləri tərəfindən icazə verilməmişdi. Vəfat etdikdən sonra isə Güney Azərbaycanın bir çox iri şəhərlərində izdihamlı anım tədbirləri keçirilmişdir.[12]
2021-ci ildə Ankarada TÜRKSOY-un qərargahında Həsən Dəmirçinin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib[15][16].
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Tanınmış azərbaycanlı fəal ustad Həsən Dəmirçi vəfat edib". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
- ↑ 1 2 3 Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçi Təbrizin "Ali nəsəb" xəstəxanasında vəfat edib. [ölü keçid]
- ↑ 1 2 3 "Həsən Dəmirçi həbs edilib". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
- ↑ 1 2 "Azərbaycanın tanınmış tarzəni Həsən Dəmirçi dünyasını dəyişdi". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-26.
- ↑ Şamil, Əli. "Vətənsevər könüllərdə yaşayan Həsən Azərbaycan". 525-ci qəzet. 2018-07-19. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ 1 2 3 "Təbrizdə Azərbaycan Musiqisi Məktəbinin təsisçisi məktəbin bağlanması qərarının qüvvədə qalmasından narazıdır". VOA (az.). 2011-06-30. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ 1 2 "Təbrizdə Azərbaycan musiqi mərkəzi bağlanıb". VOA (az.). 2009-03-23. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ Əlirza Quluncu. "İranda 1046 türk fəaldan Suriya türkmənlərinə dəstək bəyanatı" (az.). Amerikanın Səsi. 2015-12-07. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
- ↑ Gəray, Xalidə. "Həsən ağa Dəmirçi məhkəməyə verildi". musavat.com. 2015-01-30. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ 1 2 3 "Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
- ↑ 1 2 3 4 5 6 Həsən Dəmirçi həbs edilib [ölü keçid]
- ↑ 1 2 "Həsən Dəmirçi vəfat etdi". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
- ↑ Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi [ölü keçid]
- ↑ "Həsən Dəmirçi vəfat edib". VOA (az.). 2018-06-24. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ "Təbrizli musiqiçi, bəstəkar və şair Həsən Dəmirçi TÜRKSOY-da anıldı". medeniyyet.az (ingilis). 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ "Ankarada təbrizli sənətkar Həsən Dəmirçinin xatirəsi anılıb". Voice of America (az.). 2021-12-31. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.