Hesen Quliyev Podpolkovnik - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həsən İsa oğlu Qulivev (20 may 1904, Şuşa – 24 sentyabr 1969, Bakı) — Azərbaycan sovet partiya və dövlət xadimi, publisist, "Sovet döyüşçüsü" qəzetinin redaktoru, podpolkovnik.
Həsən Qulivev | |
---|---|
Həsən İsa oğlu Qulivev | |
Doğum tarixi | 20 may 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 1969 (65 yaşında) |
Vəfat yeri | |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Həyatı
redaktəHəsən İsa oğlu Qulivev 20 may 1904-cü ildə Azərbaycan SSR-in Şuşa şəhərində anadan olmuşdur. Şuşa müəllimlər seminariyasını bitirdikdən sonra Ağstafa şəhərində orta məktəb direktoru vəzifəsində çalışmışdır (1922–1926 il). 1926-1932 illərdə Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1932 ildən Bakı şəhəri Elmi-Tədqiqat İnstitunun aspirantı idi. Həm də o, Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.
Həsən Qulivev ali siyasi kursları bitirmişdir, hərbi təhsili var idi. Azərbaycan SSR Maarifləndirmə üzrə Xalq Komissarlığının sistemində rəhbər vəzifələrində çalışmışdır.
Fəaliyyəti
redaktə1932–1933-cü illərdə Naxçıvan SSR Naxçivan şəhərinin maarifləndirmə üzrə xalq komisarı idi.
1933–1936-cı illərdə Azərbaycan SSR MXK Bakı şəhərinin orta və ibtidai məktəblərinin kadrların idarə olunması rəisi vəzifəsində çalışmışdı.
1937–1939-cu illərdə Azərbaycan SSR MXK Siyasi maarifləndirmə idarəsinin rəisi, 1939–1940-cı illərdə Bakı şəhəri İcraçı Komitəsinin Siyasi Maarifləndirmə İdarəsinin rəisi vəzifəsində işləmişdir.
1940–1941-ci illərdə İttifaqın MK Azərbaycan SSR-nın ibtidai və orta məktəblərin mədəniyyət şöbəsinin rəhbəri idi.
1941-ci ildən Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Sevastopolda, Şimali Qafqazda, Ukraynada yerləşən ordularda partiya fəaliyyəti ilə məşğul olurdu. 233-cü atıcı diviziyasının (44 Ordu) "Sovet Vətəni üçün" diviziya qəzetinin redaktoru, Sevastopolda batalyon komissarı vəzifəsində işləyib. Aldığı güllə yarası nəticəsində ürək və ağ ciyərlərinin ikisi də xəsarət aldı və xəstəxanaya yerləşdirildi. Buna baxmayaraq, sağalandan sonra döyüşən orduya qayıtdı.
1943–1944-cü illərdə 44 Ordunun 223-cü atıcı diviziyasının partiya komissiyasında işləyib, əvvəlcə partiya komissiyasının üzvü, daha soma 223 atıcı diviziyasının partiya tirosunda katib vəsifəndə çalışıb.
1943 ildə 3-cü Ukrayna cəbhəsində azərbaycan dilidə "Sovet döyüşçüsü" qəzetinin redaktoru təyin edilmişdi. 1943-cü ildə isə II.İ.Quliyev SSRİ Moskva şəhərinin Silahlı Qüvvələrinin Baş Siyasi İdarəsinin SSRİ xalqlarının dillərində çap olunan qəzetlərin şöbə rəisi vəzifəsinə təyin olunub və bu vəzifədə 1947-ci ildə Sovet ordusundan tərxis olunana kimi çalışmışdır.
Bu vəzifədə işləyərkən, o yeni qəzetlər təsis edirdi, o cümlədən İranda da (Sovet Ordusunun İranda olduğu müddət zamanı), və bununla SSRİ Silahlı Qüvvələrinin siyasi orqanlarına əsgərləri yetişdirməkdə kömək edirdi. Bu iş H.İ,Quliyevin "İkinci Dünya Müharibəsi günlərində möhür", "Dostluq Cəbhəsi" və digər broşürlannda ümumiləşdirilmişdir.
Həsən Quliyev siyasi şöbənin təlimatçısından, "siyasi rəhəbrindən", "kapitandan", hərbi "mayor" rütbəsindən "podpolkovnik" rütbəsinə yüksəldi.
Martın 12 1946-cı ildə Quliyev H.İ. "Qızıl Ordu" qəzetinin fəaliyyətini yoxlamaq üçün Almaniyaya ezam olunmuşdu.
Səhhətin pisləşməsi nəticəsində 24 may 1947-ci ildə Sovet Ordusundan təxlis edilmiş və Bakıya köçmüşdür.
1947–1952 illərdə Azərbaycan Ədliyyə Nazirliyinin kadrlar üzrə ədliyyə nazirinin müavini vəzifəsində işləyib. Nazirliyin partiya həyatının fəal iştirakçısı idi. ÜKP(b) qısa tarixi kursunun rəhbəri idi. Mütəmadi olaraq hesabatlarnan çıxış edirdi.
1952-ci ilin noyabr ayınan başlayaraq Birləşmiş Nəşriyyatın və "Azərbaycan KP MIC Apparatın Mətbəə"sinin direktoru təyin olunub.
3 noyabr 1957-ci ildə- Azərbaycan gənclərinin ikinci bayramının hazırlanması və keçirilməsində fəal iştiraka görə H.Quliyev Azərbaycan MK LGKB fəxri fərmanı ilə təltif olunub.
7 mart 1955-ci ildə 72 seçki dairəsindən Şəhər şurasının deputatı seçilmişdir. 1961-ci ilin mart ayında 523 saylı Bakı seçki dairəsinə deputat seçildi və s.
1963-cü ildə jurnalistika kafedrasına dissertant dərəcəsində qəbul olundu və "Azərbaycan cəbhə qəzetləri 1941–1945-ci illərdə" mövzusu ona verildi. Namizədliyə qəbul olunmaq üçün minimal tələblərə cavab verə bildi. 30-dan çox məqalə, broşüra və "Azərbaycan cəbhə qəzetləri 1941-1945-ci illərdə" kitabı çap olundu və repsublika rəhbərliyinin dediyinə görə, həmin vaxt Azərbaycan tarixini mühüm tarixi dövrü idi ki, açıqlanma tələb edirdi. Partiyanın tarix institutun buraxdığı "Doğru və Azərbaycan" toplusunda, Quliyev H.İ. "Azərbaycanda doğrunun çap olunması və mətbəənin inkişafı" məqaləsi yerləşdirilmişdir. Bundan başqa "Çapın və mətbəənin Azərbaycanda inkişafı" broştirası, Qafur Məmmədova, Əliheydər İbrahimova, Kamal Qasımova həsr olunmuş "Ölməz qəhrəmanlar" broştirası, "Cəbhə qəzetləri Böyük Vətən Müharibəsi günlərində" və s. çap olunmuşdu.
Mərkəzi respublika qəzet və jurnallarında, "Poliqrafiya istehsalı", "Azərbaycan Kommunisti" , "Sovet mədəniyyəti", "Ədəbiyyat və İncəsənət", "Bakı fəhləsi", "Azərbaycan gəncləri" və s. 30-dan artıq məqalə çap olunmuşdu.
Birləşmiş Nəşriyyatda H. Quliyev 10 ildən artıq işlədi, lakin ağır xəstəliyin kəskinləşməsi nəticəsində təqaüdə çıxmalı oldu.
Həsən Quliyev bir gününü belə əməksiz təsvir edə bilmirdi. Yataq xəstəsi olaraq,o, respublika qəzetlərində və jurnalarında cəbhə nəşriyatının tarixi barəsində məqalələr ilə çıxış edirdi.
H. Quliyev uzun müddət SSRİ Müdafiə nazirliyinin mərkəzi apparatında MK SİKP təşkilat bürosunun nomenklturasına daxil olan vəzifələrdə işləyib. Onun uzun müddətli partiya-sovet orqanlarında və Azərbaycan Respublikası nəşriyyatındaki iş Respublika tərəfindən qiymətləndirilib və Moskvaya ittifaq miqyası təqaüdün verilməsi haqqında sənədlərin göndərilməsi gözlənilirdi.
Vəfatı
redaktə24 sentyabr 1969-cu ildə Bakıda vəfat etmişdir.
Kitabları
redaktə- Cəbhə dostluğu (jurnalist qeydləri). Bakı: Azərnəşr, 1956.
- Böyük rus xalqı. Bakı: Uşaqgəncnəşr, 1957.
- Unudulmaz günlər (cəbhə xatirələri). Bakı: Azərb. SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət, 1960.
- Ölməz qəhrəmanlar. Bakı: Uşaqgəncnəşr, 1962.
Mükafatları
redaktə- 1943-cü ilin iyun ayında "Qırmızı Ulduz" ordeninə təqdim olunmuşdu. 1946-cı ildə- sinədən aldığı ağır yara görə SSRİ Müdafiə Nazirliyi tərəfindən I dərəcəli "Vətən Müharibəsi Orden"i də təltil olunub.
- Silahlı Qüvvələrdə xidmət ərzində döyüş ordenləri və medalları ilə təltif olunmuşdu.
- 1943-cü ildə SSSRİ Ali Şurasının Rəyasət Heyətinin fərmanı ilə komandanlığın tapşırıqlarını nümunəvi icrasına görə "Za oboronu Sevastopola", "Za oboronu Kavkaza",
- "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə" medalları ilə təltif olunub.
- Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümüdə bağlı 5 noyabr 1942-ci ildə 233-cü atıcı diviziyasının qərargah polkovniki, Quliyev Həsən İsayeviça şəxsi heyətin döyüş və siyasi hazırlığının tapşırığım əla yerinə yetirdiyi üçün, təşəkkür elan etmişdir.
- 4 may 1956-ci ildə Azərbaycan Respublikası Ali Şurasının Rəyasət Heyəti tərəfindən "Bakı fəhləsi" qəzetinin birinci nömrəsinin nəşr olunmasından 50 il ötməsi ilə bağlı, mətbəədəki uzunmüddətli və məhsuldar işinə görə, Quliyev H.İ. fəxri fərman ilə təltif olunmuşdu.
- Azərbaycan SSR Nazirlər Şurasının 30 noyabr 1963-cü il qətnaməsinə əsasən Quliyev H.İ. respublika səviyyəsində fərdi təqaüd təyin edilmişdir.
- 27 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən, 1940-1945 illərdə Böyük Vətən Müharibəsi Qələbəsinin 60-cı ildönümü il bağlı Quliyev Həsən İsayeviç ölümündən sonra İldönümü medalı ilə təltif olundu.