Hesen Seyidbeyli - Wikipedia
Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920, Bakı – 25 iyun 1980, Bakı) — Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1946), Azərbaycan SSR xalq artisti (1976).[1][2]
Həsən Seyidbəyli | |
---|---|
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin birinci katibi | |
23 dekabr 1964 – 1981 | |
Sonrakı | Rüstəm İbrahimbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1980 (59 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | kinorejissor, yazıçı, ssenarist |
Uşaqları |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məkətbini bitirmişdir.[2] Həsən Mehdi oğlu Seyidbəyli 1938–1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943–1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır.[3] "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ. Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ. Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.
Həsən Seyidbəyli 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olmuşdur.
Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.
Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılmışdır.[4]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 dekabr 1976
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- "Qırmızı əmək bayrağı" ordeni — 31 dekabr 1970
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Filmoqrafiya
redaktə- Bakıdan Göy-gölədək (film, 1947) – rejissor
- Böyük yol (film, 1949) – rejissor
- Quba bağlarında və Tərtərçay vadisində (film, 1949) – rejissor, ssenari müəllifi
- Doğma xalqıma (film, 1954) – ssenari müəllifi
- Qızmar günəş altında (film, 1957) – ssenari müəllifi
- Uzaq sahillərdə (film, 1958) – ssenari müəllifi
- Şosedə hadisə (film, 1960) – ssenari müəllifi
- Əyri yolla qazanc (film, 1960) – ssenari müəllifi
- Telefonçu qız (film, 1962) – quruluşçu rejissor, ssenari müəllifi
- Möcüzələr adası (film, 1963) – quruluşçu rejissor, ssenari müəllifi
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) – rejissor, ssenari müəllifi, "sədr" rolunda
- Liftçi qız (film, 1966)(film, kinoalmanax) – ssenari müəllifi
- Sən niyə susursan? (film, 1966) – quruluşçu rejissor, ssenari müəllifi
- Bizim Cəbiş müəllim (film, 1969) – rejissor
- O qızı tapın (film, 1970) – quruluşçu rejissor, ssenari müəllifi
- Sovet Azərbaycanı (film, 1972) – ssenari müəllifi
- Nəsimi (film, 1973) – quruluşçu rejissor; Filmdə İmaməddin Nəsimi ilə bağlı fikirlər söyləyir.
- Ömrün səhifələri (film, 1974) – quruluşçu rejissor, ssenari müəllifi, bədii rəhbər
- Xoşbəxtlik qayğıları (film, 1976) – rejissor, ssenari müəllifi
- Çətirimiz buludlardır (film, 1976) – bədii rəhbər
- Kamillik (film, 1979) – ssenari müəllifi
- Toral və Zəri (film, 1979) – ssenari müəllifi
- Onun bəlalı sevgisi (film, 1980) – bədii rəhbər
- Sağ ol, dostum (film, 1980) – ssenari müəllifi
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002) – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.
- Kinonu sevən adam. Həsən Seyidbəyli (film, 2015) – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.
İstinadlar
redaktə- ↑ Abbaslı, T. Böyük ekran adamı: Bir çox filmləri ilə keçmişi gələcəyə göstərən Həsən Seyidbəyli //Mədəniyyət.- 2015.- 23 dekabr.- S.14.
- ↑ 1 2 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb //525-ci qəzet.- 2011.- 9 fevral.- S. 7.
Mənbə
redaktə- ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
- Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.
- Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust.
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
- Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Əhədoğlu, Y. "Belə bir ada da var" //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- [1]
Xarici keçidlər
redaktə- Həyat romantikləri sevir… Həsən Seyidbəyli (film, Mədəniyyət TV)
- Babayev Baba. Həsən Seyidbəylinin bədii nəsri. AMEA, Nizami ad. Ədəbiyyat İn-tu. Bakı: "Müəllim", 2011.