Hesen Xan Muganli - Wikipedia
Həsən xan və ya Həsən xan Şahsevən (fars. حسن خان شاهسوان; d. 1712, Qalaqayın, Muğan mahalı, Səfəvilər dövləti – ö. 1789, Şəmkir, Şəmşəddil sultanlığı) — Şahsevən elinə mənsub olan Cavad xanlığının ikinci xanı, sərkərdə.
Həsən xan Muğanlı | |
---|---|
Taleh Həsən xan Qiyas xan oğlu Şahsevən | |
| |
Cavad xanlığının II xanı[1] | |
1750 – 1789 | |
Əvvəlki | Qiyas xan Şahsevən |
Sonrakı | İbrahim xan Muğanlı |
Muğan mahalının hakimi[4] | |
1750 – 1789 | |
Əvvəlki | Qiyas xan Şahsevən |
Sonrakı | Mustafa bəy |
Ərdəbil xanlığının hakimi | |
may 1784[5][6] – fevral 1785[7][8] | |
Əvvəlki | Nəzərəli xan Şahsevən |
Sonrakı | Nəzərəli xan Şahsevən |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Qalaqayın, Muğan mahalı, Təbriz bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | [2] |
Vəfat yeri | Şəmkir, Şəmşəddil sultanlığı |
Vəfat səbəbi | zəhərlənmə |
Dəfn yeri | Qalaqayın, Cavad xanlığı |
Atası | Qiyas xan Şahsevən[3] |
Anası | Pəricahan xanım[3] |
Həyat yoldaşı | Xeyrənisə xanım |
Uşağı | Səfi xan |
Dini | Şiə (İslam) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəsən xan XVIII əsrin ikinci yarısında Muğanın, Cavad ərazisinin hakimi olmuşdu. El içində Həsən xanla bağlı bir deyim var:
Dünya, fanisən, fani,
Səndə olan canlar hanı?
Həsən xan deyirdi Muğan mənimdi,
Muğan durur, bəs Həsən xan hanı?
Həsən xan bəzi mənbələrdə "Talе Həsən xan", "Tala Həsən xan" kimi xatırlanır. Həsən xan 1768-ci ildən Fətəli xan Qubalının vassalı olmuşdu.[9][10] Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir.[11]
Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.[12] İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi.[13] Bir çox döyüşlərə qatılmış, Quba xanının tərəfini tutmuşdu.
Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının mənafeyinə uyğun gəlmirdi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi. Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar. Bu işdə Gilanlı Hidayət xan xüsusilə canfəşanlıq edirdi. O, keçmiş Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi ilə ittifaq bağladı. 1778-ci ildə Gilan xanlığının hakimi Hidayət xan Kərim xan Zəndin göstərişi ilə Cavada hücum edib Həsən xanı əsir aldı.[14][15] Həsən xan bir müddət sonra əsirlikdən azad oldu.
Qarabağ xanlığına yürüş
redaktəŞamaxılı Məhəmmədsəid xan və qardaşı Ağası xan Xançobanlı, şəkili Hacı Əbdülqadir xan, muğanlı Tale Həsən xan, Tarku şamxalı II Murtuzəli, lənkəranlı Qara хan, Buynaq hakimi Bamat, Qaytaq hakiminin qardaşı Ustarxan, Canqutay hakimi Əhməd xan, Tavlin hakimi Xazbulat Əlibəyov, Əndəri hakimi Fətəli xanın düşərgəsində idilər. 1783-cü ildə Fətəli xan Qarabağ xanlığına hücum etdi. Qraf Voynoviçin tapşırığı ilə xanın yanına gedən tərcüməçi Mustafa Murtazaliyev Fətəli xanı Ağdamda tapmışdı. Fətəli xanın yanında nə qədər qoşun olduğunu öyrənə bilməmişdi. Lakin bu qədər çox hakimin bir yerə toplaşması xeyli qüvvə cəmləşdirildiyini göstərirdi. Deyilənlərə görə yalnız muzdluların sayı 13 min nəfərə çatırmış. Bu qüvvəyə müqavimət göstərməyin imkansızlığını anlayan Qarabağlı İbrahimxəlil xan Şuşaya sığınıb işin sonunu gözləyirdi.[16][17]
Ərdəbil xanlığına yürüş
redaktəQubalı Fətəli xan 1784-cü ilin may ayında o, vassallarının və müttəfiqlərinin qoşunları ilə birlikdə hərəkət edib Ərdəbili, sonra da Meşkini aldı. Qoşunların ön dəstələri cənuba hərəkəti davam etdirdilər.[5][6] Fətəli xan 1784-cü ildə Həsən xanı Ərdəbilə hakim təyin etmişdi.[18] Fətəli xanın nailiyyətləri II Yekaterinanın siyasi niyyətlərinə uyğun gəlmirdi. O, Cənubi Qafqaz və Dağıstanda kifayət qədər gücü olan Fətəli xanın daha da güclənməsini istəmirdi. Buna görə də knyaz Q.A. Potyomkin 1785-ci ilin fevralında Fətəli xandan Cənubi Azərbaycanı tərk etməyi tələb etdi. Bu hərəkətlər Fətəli xanı başladığı yürüşü dayandırıb geri qayıtmağa məcbur etdi.[7][8]
Abbasqulu ağa Bakıxanov yazır: "Həmin il, Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri ona tabe oldular. Muğanlı Həsən xan da ona səmimiyyət göstərməkdə idi".[19]
Ailəsi
redaktə- Həsən xanın Səfi xan adlı oğlu vardı.
Həmçinin bax
redaktəMənbə
redaktə- Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm (tərcümə edən: M.Əsgərli) (PDF) (Minarə). Bakı: Minarə. Buraxılışa məsul Haçı Əli Dərkah oğlu İbrahimov. 2000. Təkrar nəşr (düzəlişsiz). 224. ISBN B-47020600000 108M-00.
- ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
- Mustafazadə, Tofiq. Quba xanlığı (az.). Bakı: Elm. 2005. 480 səh.
- Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.
- Nailə Bayramova. Şamaxı xanlığı (PDF). Bakı: Təhsil. 2009.
- Ənvər Çingizoğlu. Həsən xanın törəmələri. Bakı: "Soy" dərgisi, 2 (22). 2009.
- Аzərbaycan Respublikası Dövlət Тarix Аrxivi (АRDТА). Bakı.
- Prof.S.Əliyarlı. Azərbaycan tarixi. Bakı. 1996. 870.
İstinadlar
redaktə- ↑ Г.Б. Абдуллаев, 1965. səh. 231
- ↑ "rulers.org". 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
- ↑ 1 2 Rusiya Arxiv İdarəsi,14 nömrəli raport
- ↑ Nailə Bayramova. Şamaxı xanlığı, 2009. səh. 29
- ↑ 1 2 РГВИА, f.52/1, iş 131, v.31
- ↑ 1 2 Abdullayev (1958), 123
- ↑ 1 2 Бутков, ll his., 141
- ↑ 1 2 Левиатов, 144
- ↑ А.С.Сумбатзаде, Азербайджанцы – этногенез и формирование народа, АН Азербайджанской ССР, Баку, 1990 год
- ↑ Г.Б.Абдуллаев, Азербайджан в XVIII веке и взаимоотношения с Россией, Баку, 1965 год
- ↑ A.N.Abbasbəyli, S.Z.Yusifzadə. "Azərbaycanda xanlıqlar. Quba xanlığı". BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009 (az.). kayzen.az. 14 noyabr 2011, 22:46. 2021-05-11 tarixində arxivləşdirilib.
- ↑ Г.Б. Абдуллаев, 1965. səh. 233
- ↑ Prof.S.Əliyarlı., 1996. səh. 527
- ↑ Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. Элм. 1990. 254. ISBN 5806601773, 9785806601774.Orijinal mətn (rus.)
В апреле 1778 г. отряды гилянских войск внезапным нападением овладели Сальяном и разорили его, а затем вышли на Муган, где соединились с силами ожидавшего их шемахинского Агаси-хана. 6 апреля они осадили крепостные сооружения гор. Джавада. «Неприятели бросили в город 7 бомб, потом палили из пушек и от того в городе сделалось смятение», после чего город был взят. По одним сведениям, из гор. Джавада было вывезено 900 пленных, а по другим 7500.
- ↑ Абдуллаев Г. Б., 1965. səh. 566, прим. 383
- ↑ RQVIA, f, 52, siy. 1, iş 126, his. 1, v. 6
- ↑ Mustafazadə, 2005. səh. 143
- ↑ Richard Tapper. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press. 1997. 119-120. ISBN 0521583365, 9780521583367.
- ↑ Gülüstani-İrəm, 2000. səh. 70
- ↑ Абдуллаев Г. Б., 1965. səh. 605