Hesenriz - Wikipedia
Həsənriz (əvvəlki adı: Aterk və ya Ater) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Aterk kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aterk kəndi Həsənriz kəndi adlandırılmışdır.[4] Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Həsənriz | |
---|---|
40°09′47″ şm. e. 46°31′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.120 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKeçmış adı Aterk/Ater qalası olmuşdur. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilmişdir.[5]
Tarixi
redaktəKəndin adı Osmanlı qaynaqlarında 1727-ci ildə Çаlаbеrd nаhiyəsinin kəndi olaraq keçir. Qədim dövrdə Qafqaz Albaniyası ərazisində yerləşən Həsənriz kəndinin inkişafının əsası təxminən XV əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulmuşdur. Lakin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu kəndin ərazisinə İrandan çoxlu sayda erməni ailəsi köçürülməyə başlanmışdır. Qısa bir müddət ərzində kənddəki ermənilərin sayı azərbaycanlıların sayını ötməyə başladı və bundan sonra ermənilər buranı "qədim erməni ərazisi" kimi adlandırmağa başladılar. Bu kəndin erməni əhalisi hələ 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımda fəal şəkildə iştirak etmişdilər. Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilərək Aterk qoyulmuşdur. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə kəndin adı dəyişdirilərək öz tarixi adına qaytarılmışdır.
Həsənriz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçmişdir. Lakin 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçirdilər. Hazırda Həsənriz kəndi İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Rusiya sülhməramlı kontingentinin nəzarətindədir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərirdi.[6][7]
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[8]
Tarixi abidələri
redaktəHəsənriz kəndində təxminən 500-cü ildə tikilmiş Alban məbədi yerləşir.
Coğrafiyası və iqlimi
redaktəKənd Tərtərçayın sol tərəfində, Həsənriz çökəkliyində yerləşir.
Əhalisi
redaktəErmənistan işğalı dövründə Həsənrizdə 1500 nəfərə yaxın erməni yaşayırdı. Kənddə işsizlik hökm sürürdü. Kəndin inkişafı üçün Fransa bura çoxlu yardımlar etmiş, burada kənd məktəbi və başqa binaları tikmişdir.
İstinadlar
redaktə- ↑ http://census.stat-nkr.am/nkr/1-5.pdf.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Həsənriz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il. (az.)
- ↑ "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.