Heyatda Her Sey Olur Film 1998 - Wikipedia
Nəsə baş verir (hind. कुछ कुछ होता ह) — rejissor Karan Coharın filmi.
Həyatda hər şey olur | |
---|---|
Kuch Kuch Hota Hai hind. कुछ कुछ होता ह | |
Janr |
Melodram Komediya |
Rejissor | Karan Cohar |
Prodüserlər |
Hiroo Cohar Yaş Cohar |
Ssenari müəllifi | Karan Cohar |
Baş rollarda |
Şahrux Xan Kacol |
Operator | Santoş Tundyail |
Bəstəkarlar |
Catin Pandit Lalit Pandit |
İstehsalçı | Dharma Productions |
Distribütor | Netflix, iTunes |
İlk baxış tarixi | 1998, 25 fevral 2005 |
Filmin növü | bədii film |
Müddət | 177 dəqiqə |
Ölkə | Hindistan |
Dil | Hind dili |
İl | 1998 |
Əvvəlki film | Məhəbbət baş verməli idi (film, 1998) |
Sonrakı film | Aşiqlər |
Rəng | rəngli |
IMDb | ID0172684 |
Məzmun
redaktəRahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır. Ertəsi gün Anceli ani bir qərarla bu böyük "məğlubiyyətini" unutmaq üçün məktəbi tərk edir və ailəsinin yanına dönür.
Tina və Rahul evlənirlər və bir qızları olur. Adını Anceli qoyurlar. Tina bu doğumdan sonra vəfat edir. Ölümündən əvvəl Tina 8 məktub yazmışdı. Bu məktubları Rahulun anasına verib tapşırmışdı ki, Ancelinin hər ad günündə birini ona versin.
Səkkiz il keçir. Anceli 8-ci və sonuncu məktubu oxuyur. Bu məktubda anası Anceliyə onun adaşı Anceli Şarma haqqında danışır. Rahul Tinanın ölümündən sonra bir daha evlənməyib. Kiçik Ancelinin anaya olan ehtiyacını isə təkcə Anceli Şarma əvəz eləyə bilər. "Kiçik" Anceli inanır ki, nə vaxtsa "böyük" Anceli atasını xoşbəxt edə bilər. Buna görə də atasının əsl məhəbbətini – Anceli Şarmanı axtarmağa qərar verir. Bu işi həyata keçirmək üçün nənə və babasından kömək istəyir.
Bu üçlük Anceli Şarmanın ünvanını və telefon nömrəsini öyrənmək üçün Rüfət Binin evinə gedirlər. Ancaq Rüfət Bin onlara gecikdiklərini və Ancelinin başqa birisilə nişanlandığını deyir. Bunu eşidən kiçik Anceli məyus olur və elə orada Allaha dua edir. Ancelinin duaları qəbul olunur. Elə bu zaman telefon zəng çalır. Ancelinin toyunun vaxtı dəyişdirilmişdir.
Kiçik Anceli Anceli Şarmaya zəng edir və təsadüfən Simladakı yay düşərgəsində köməkçi kimi çalışdığını öyrənir. Kiçik Anceli atasından bu düşərgəyə getmək üçün icazə istəyir, fəqət bu icazəni ala bilmir. İş belə olduqda Anceli və nənəsi o düşərgəyə Rahuldan gizlin gedirlər. Onlar Anceli Şarmanı görürlər. Bir axşam böyük Anceli televizorda təsadüfən Rahulu görür. Həmin proqramda Rahulun qızı Ancelinin Simlada bir düşərgədə olduğunu söyləməsilə böyük Anceli adaşı kiçik Ancelinin Rahulun qızı olduğunu başa düşür.
Anceli və nənəsi Rahulla Ancelinin yenidən qovuşması üçün Rahula bir oyun hazırlayırlar. Rahul Anceliyə qarşı keçmiş duyğularının canlandığını hiss edir. Lakin hər şey Ancelinin nişanlısı Amanın həmin düşərgəyə gəlməsilə dəyişir.
Amma sonda Aman öz səadətindən geri çəkilir və bunun nəticəsində Anceli Rahulla qovuşur. Film Rahul və Ancelinin evlənməsi ilə sona çatır.
Mükafatlar
redaktə"Filmfare" mükafatları:
redaktə- Ən yaxşı film – Yaş Cohar
- Ən yaxşı rejissor – Karan Cohar
- Ən yaxşı kişi rolu – Şahrux Xan
- Ən yaxşı qadın rolu – Kacol
- Ən yaxşı ikinci dərəcəli kişi rolu – Salman Xan
- Ən yaxşı ikinci dərəcəli qadın rolu – Rani Mukherci
- Ən yaxşı ssenari – Karan Cohar
"Zee Cine" mükafatları:
redaktə- Ən yaxşı kişi rolu – Şahrux Xan
- Ən yaxşı qadın rolu – Kacol
- Ən yaxşı ikinci dərəcəli qadın rolu – Rani Mukherci
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi : Karan Cohar
- Rejissor : Karan Cohar
- Operatorlar : Santoş Tundyail
- Bəstəkarlar : Catin Pandit, Lalit Pandit
- Prodüserlər : Hiroo Cohar, Yaş Cohar
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Şahrux Xan | Rahul Xanna |
Kacol | Anceli Şarma |
Rani Mukherci | Tina Malhotra |
Salman Xan | Aman Mehra |
Anupam Kher | Tinanın atası |
Sana Səid | Anceli Xanna (kiçik Anceli) |
Fəridə Cəlal | Rahulun anası |
Himani Şivpuri | Rüfət Bi |
Xarici keçidlər
redaktə- Nəsə baş verir — Internet Movie Database saytında
- "Həyatda hər şey olur" filminin rəsmi saytı
- Miral Sattar. Best of Bollywood. Five Essential Bollywood Movies to Netflix. Arxivləşdirilib 2013-04-03 at the Wayback Machine // Time. Wednesday, Oct. 27, 2010.