Haarp - Wikipedia
HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Qütb İşıqlarıTədqiqatlar Proqramı) — ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Alyaska Ferbanks Universiteti və Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (DARPA) tərəfindən birgə maliyyələşdirilən, ionosfer tədqiqat proqramı kimi başladılmış layihə.[1] İngilis şirkəti BAE Systems tərəfindən dizayn edilmiş və tikilmişdir. Layihənin ilkin məqsədi ionosferi tədqiq etmək və radio rabitə və müşahidələr üçün ionosferə bağlı təkmilləşdirilmə texnologiyasının inkişaf etdirilməsi potensialını araşdırmaq idi.[2] HAARP 2015-ci ildən etibarən Alyaska Ferbanks Universiteti tərəfindən idarə olunur.[3]
Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və Islam Papaxov tərəfindən irəli sürülmüşdür.
Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur. Hətta zehin idarə etmə dalğaları yaydığı deyilir.
HAARP, Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətində olan mühüm bir layihədir. Alyaskadakı mərkəzdə hazırda yüksək tezlikli radio siqnalı yayımlaya bilən cəmi 48 antenna vardır. Bunlardan əlavə, yüksək tezlikli siqnallarla əlaqəli fəaliyyətlərdə istifadə olunacaq bir radarın qoşulması da planlaşdırılır.
HAARP layihəsi sayəsində, ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) da yaradılmaqdadır.
Elektromaqnetik dalğalarla bir çox sınaqların aparıldığı bu ərazi təyyarələr üçün təhlükəlidir. Buna görə də HAARP təsislərində, təyyarə nəzarət sistemi mövcuddur və hər hansı təyyarənin yaxınlaşması zamanı antennaların fəaliyyəti avtomatik olaraq dayandırılır.
Konspirasiya nəzəriyyələri
redaktəHAARP çoxsaylı konspirasiya nəzəriyyəsinin mövzusudur. Müxtəlif şəxslər layihənin gizli məqsədləri və imkanları haqqında fərziyyələr irəli sürmüşdürlər. Məsələn, amerikalı alim və aktivist Rozali Bertell 1996-cı ildə HAARP-ın hərbi silah olaraq mövcudluğu barədə xəbərdarlıq etmişdi.[4] Kanadalı iqtisadçı Mişel Çosudovski isə kitabında qeyd edib ki, "ən son elmi sübutlar HAARP-ın tam işlək olduğunu və daşqın, siklon, quraqlıq və zəlzələləri tətikləmə qabiliyyətinə malik olduğunu göstərir."[5] HAARP zamanla İran, Pakistan, Haiti, Türkiyə, Yunanıstan və Filippində müvafiq fəlakətlərin, eləcə də ildırım və hətta böyük cərəyan kəsintilərinin, TWA800 uçuş aparatının vurulmasının, Körfəz müharibəsi sindromunun və xroniki yorğunluq sindromunun yaranmasında günahlandırılmışdır.[6][7][8]
Mənbə
redaktə- Berich, Nick və Jeane Manning. Angels Don’t Play This HAARP: Advances in Tesla Technology. ISBN 0-9648812-0-9.
İstinadlar
redaktə- ↑ "HAARP Fact Sheet" (ingilis). HAARP. 15 June 2007. 7 oktyeabr 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2009.
- ↑ "Purpose and Objectives of the HAARP Program" (ingilis). HAARP. 1 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 September 2009.
- ↑ "About HAARP". University of Alaska Fairbanks (ingilis). 14 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2022.
- ↑ Rosalie Bertell, Background on the HAARP Project Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine. Global Policy Forum, 5 November 1996
- ↑ Michel Chossudovsky, Climate Manipulation as a War Weapon, p181-182. In William Krehm,Meltdown : Money, Debt and Wealth of Nations : how Zero Inflation Policy is Leading the World's Monetary and Economic Systems to Collapse : an Anthology from the First Decade of Economic Reform], COMER Publications, 1 January 1999
- ↑ Naiditch, David. "Is baked Alaska half-baked?" (ingilis). Skeptic Magazine. Spring 2003. 9 March 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2010.
- ↑ Baird, Austin. "HAARP conspiracies: Guide to most far-out theories behind government research in Alaska". Alaska Dispatch (ingilis). 20 September 2011. 13 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2022.
- ↑ Flock, Elizabeth. "Conspiracy Theorists Say Obama Engineered Hurricane Sandy". U.S. News & World Report (ingilis). 29 October 2012. 12 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2012.
Xarici keçidlər
redaktə- High Frequency Active Auroral Research Program. Rəsmi saytı (ing.)
- Space Plasma Exploration by Active Radar Arxivləşdirilib 2008-03-31 at the Wayback Machine Rəsmi saytı (ing.)
- Basic Information on HAARP (ing.)
- HAARP (ing.)