Hacielibey - Wikipedia
Hacıəlibəy — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hacıəlibəy kənd inzibati ərazi dairəsində kənd.[1]
Hacıəlibəy | |
---|---|
41°24′15″ şm. e. 48°42′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 233 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2714 |
Adının mənası
redaktəKəndin əsasını əslən Quba rayonunundan olan Hacıəlibəy adlı bir şəxs qoymuşdur. Kəndin keçmiş adı Hacıəlibəyqışlaq olmuşdur[2].
Tarixi
redaktəKəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonununa aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt Şahdağ xalqlarına məxsus ailələr bura köçərək, burada daimi məskunlaşmışdırlar[2]. Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Coğrafiyası və iqlimi
redaktəSamur–Dəvəçi ovalığındadır[2].
Əhalisi
redaktəKəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından olan buduqlular, ləzgilər, tatlar və digər etnik qrupların nümayəndələri təşkil edir.
Təhsil
redaktəKənddə Zülfüqar Arzumanov adına tam orta məktəb fəaliyyət göstərir[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 3 AMEA. Nəsimi adına Dilçilik İnstitutu. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 311. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine (az.)
- ↑ Azərbaycanda şaxtalı hava məktəblilərin də yolunu bağlayıb - VİDEO Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine (az.)
Xarici keçidlər
redaktə- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |