Giriş Qeydiyyat Saytda Axtar

Haci Sahin - Wikipedia

SexStory.Biz - Erotik Hekayeler
Ucuz Reklam yerləşdir
Gecemiz.Az - N1 Azeri Chat Tanisliq
Haci Sahin - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Haci Sahin

Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974[1], Bakı[1] – 2 mart 2023[1], Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim[3]: "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007–2023): Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi; QMİ-nin Qazilər şurasının üzvü.

Hacı Şahin
Şahin Hüseyn oğlu Həsənli
Hacı Şahin.jpeg
bayraq
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi
2014 – 2023
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1974(1974-07-07)[1]
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ[1]
Vəfat tarixi 2 mart 2023(2023-03-02)[1] (48 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı[2]
Dəfn yeri
  • Yasamal qəbiristanlığı[2]
Milliyyəti azərbaycanlı
Təhsili
  • Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb[d],
  • Azərbaycan Texniki Universiteti,
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 İctimai fəaliyyəti
    • 1.2 Şəxsi həyatı
    • 1.3 Vəfatı
  • 2 Kitabları
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Mənbə
  • 6 Xarici keçidlər

Həyatı

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib.

1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189-190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

İctimai fəaliyyəti

1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

2016-17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.[4]

Heç bir siyasi partiyaya üzv deyildi.

Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.

Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

Hacı Şahin “Xoşbəxt ailə modeli”, “Haradan başlamalı”, “Yaradılışın hədəfi” adlı kitabların müəllifidir.

Şəxsi həyatı

Ailəli idi. 4 övladı var. İki qızı və iki oğul övladı var.

Vəfatı

2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat etmişdir.[5][6] Yasamal qəbiristanlığında dəfn olunmuşdur.[7][8]

Kitabları

  • Haradan başlamalı. Bakı. İrşad nəşriyyatı, 2020.[9]
  • Yaradılışın hədəfi. Bakı. İrşad nəşriyyatı, 2021.[10]
  • Xoşbəxt ailə modeli. Bakı. İrşad nəşriyyatı, 2022.[11]

Həmçinin bax

  • Məşədi Dadaş məscidi
  • Hacı Ramil
  • Hacı Əhliman

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 3 4 5 6 https://oxu.az/society/702378.
  2. ↑ 1 2 https://oxu.az/society/702386.
  3. ↑ İTV-dən cümə xütbəsi ilə bağlı müzakirələrə - Cavab
  4. ↑ "Hacı Şahin Həsənli". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  5. ↑ Hacı Şahin Həsənli dünyasını dəyişib
  6. ↑ "Hacı Şahin vəfat etdi". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  7. ↑ Hacı Şahin dəfn edilir
  8. ↑ "Hacı Şahin dəfn olundu". 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  9. ↑ "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  10. ↑ "Hacı Şahin Həsənlinin ikinci kitabı nəşr olundu". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  11. ↑ "Hacı Şahin Həsənlinin yeni kitabı - ailə haqda". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.

Mənbə

  • Haqqında

Xarici keçidlər

  Vikianbarda Hacı Şahin ilə əlaqəli mediafayllar var.
  • Hacı Şahin rəsmi saytı
  • Hacı Şahin — Instagram səhifəsi
  • Hacı Şahin kanalı — YouTube
  • MƏŞƏDİ DADAŞ MƏSCİDİ Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine
  • Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi, xalq hərəkatına qoşuldu – Hacı Şahin haqqında maraqlı faktlar
Mənbə — "https://az.wikipedia.org/?q=Hacı_Şahin&oldid=6941886"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/76
MobTop.az Statok.net
DMCA.com Protection Status