Haci Elekber Mescidi - Wikipedia
Hacı Ələkbər məscidi — 1890-cı ildə tikilmiş Füzulinin məscidi[2]
Hacı Ələkbər məscidi[1] | |
---|---|
39°35′44″ şm. e. 47°08′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Füzuli |
Memar | Kərbəlayi Səfixan Qarabaği |
Tikilmə tarixi | 1890 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | naməlum |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 5166 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Məscidin tikilməsi
redaktəFüzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889–1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olduğundan o, bu məscidin inşası üçün vəsait ayıraraq, Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir.
Məscidin vəziyyəti
redaktə1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür[3].
Mermarlıq xüsusiyyətləri
redaktəMemarın minarəsiz məscidləri sırasına daxil olan Hacı Ələkbər məscidinin plan quruluşu kvadrat şəklində həll olunub. Bu məscidin ibadət zalında memar dörd ədəd səkkizbucaqlı sütun düzməklə onu üç nüfə ayırmışdır. Mehrab ilə üzbəüz olan tərəfin ikinci mərtəbəsində qadınlar üçün xüsusi şüşəbənd inşa etməklə o öz ənənəsinə sadiq qalmışdır. Həmin şüşəbənd baş fasadla sol tərəfdəki divarın kəsişdiyi küncün xarici divarından açılmış qapıdan daxil olduğu yolu ümumi girişdən tamamilə ayırmışdır. Hacı Ələkbər məscidinin giriş qapısı üzərindəki daş kitabədə aşağıdakı sözlər yazılmışdır.[4]
“Memar Kərbalayi Səfixan Qarabağinin işidir” |
Memar Hacı Ələkbər məscidinin daxili memarlıq həllində bəzək məqsədilə heç bir dekorativ elementin işlədilməsinə yol verməmişdir. İbadət zalının sadə daş konstruksiyası və onun yüngül relyefli azacıq bəzədilmiş mehrabı bu məscidin daxili fəza həllinə bir sərinlik və sərbəstlik bəxş edir.
Məscidin döşəməsi
redaktəMəscidin döşəməsi Qarabağ xalça palazı ilə bəzədilmişdir. Hacı Ələkbər məscidinin portalı qeyri-simmetrik şəkildə həll olunmuşdur. Bu da qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbədəki şüşəbəndin və onun alt tərəfindəki – birinci mərtəbədəki köməkçi otağın böyük götürülməsinə nail olmaqdan irəli gəlmişdir. Məscidin ağ rəngli divar fonunda alaqaranlıq görünən oxvari çatmatağlı portalı Ağdam məscidinin girişini xatırladır. Məscidin arxa tərəfindən başqa, digər üç fasadın da divar səthindən nisbətən irəli çıxmış plyastrları onun daxili konstruksiyasının davamı kimi baxılır.
Məscidin ibatəd zalı
redaktəMəscidin ibadət zalını 9 ədəd sivri şəkilli günbəz örtür. Zaldakı aşırımları tamamlayan oxvari tağbəndlər də günbəzlərlə həmahənglik təşkil edir. Daxili divarlardakı plyastrlar mərkəzdəki ütunların oxu ilə bir istiqamətdə yerləşdirildiyindən onlar tağbəndlərin bir qanadını öz üzərinə qəbul edirlər. Beləliklə, həmin plyastrlar da ümumi konstruksiya həllinə xidmət edir.[5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Kürdəmir Regional Mədəniyyət İdarəsi". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ "Füzuli rayonunun əsir abidələri". 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ Azərbaycanın memarlıq incilər
- ↑ Hacı Ələkbər məscidi
- ↑ Hacı Ələkbər məscidi